ARDNŞ 17 milyard dollar sərmayə yatıracaq
Tarix: 09.04.2013 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Növbəti 5 il ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin energetika sektoruna 17 mlrd. ABŞ dolları məbləğində investisiya yatıracaq. Bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Türkiyənin energetika naziri Taner Yıldızla görüş zamanı bildirib. Görüş zamanı tərəflər arasında enerji sektorunda mövcud vəziyyət və əməkdaşlıq, bu əməkdaşlığın genişləndirilməsi perspektivləri kimi məsələlər müzakirə olunub.
R.Abdullayev bildirib ki, ARDNŞ-in Türkiyədə həyata keçirdiyi layihələr uğurla davam etdirilir və plana uyğun şəkildə həyata keçirilir: «Biz növbəti 5 il ərzində Türkiyənin energetika sektoruna 17 mlrd. dollar vəsait yatıracağıq ki, artıq bu vəsaitin qoyuluşuna başlanılıb». Öz növbəsində T.Yıldız TANAP (TransAnadolu boru kəməri) layihəsindən danışıb və bildirib ki, layihə təkcə region üçün deyil, Avropa üçün də çox əhəmiyyətlidir. Qeyd edək ki, dünən ARDNŞ və Norveçin "Statoil" şirkəti arasında Xəzərin Azərbaycan sektorundakı "Zəfər" və "Məşəl" perspektiv strukturları üzrə anlaşma memorandumu da imzalanıb. Memorandumu ARDNŞ prezidenti Rövnəq Abdullayev və "Statoil" şirkətinin baş icraçı direktoru Helqe Lund imzalayıblar. Sənəd imzalanmasından sonra bir il ərzində danışıqların aparılmasını, əsas kommersiya prinsiplərinin və müqavilənin işlənməsi və bağlanması üzrə şərtlərin razılaşdırılmasını nəzərdə tutur. R.Abdullayevin sözlərinə görə, "Statoil" artıq 20 ildən artıqdır ki, Azərbaycanda iri neft-qaz layihələrinin iştirakçısıdır və əməkdaşlığın yeni istiqamətləri iki şirkət arasında qarşılıqlı münasibətləri daha da genişləndirəcək. Lund imzalanma mərasimində qeyd edib ki, son illər ərzində "Statoil" Braziliya və Tanzaniyada iş təcrübəsi əldə edib və hazırda şirkət ARDNŞ ilə bu təcrübəni bölüşməyə, həmçinin ARDNŞ-in təcrübəsindən istifadə etməyə hazırdır.




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Gürcüstanda meşə yanğınının miqyası genişlənib
22.08.2019
Metroda 10 vaqondan ibarət iki qatar xəttə buraxılıb
22.08.2019
Goranboyda zəlzələ olub
22.08.2019
Böyük Britaniya Rusiya prezidenti haqda film çəkəcək
22.08.2019
Azərbaycan Ordusunun tam modernləşdirilmiş döyüş maşını

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info