Arif İsayev Türkiyədə ilk qolunu vurub
Tarix: 09.04.2013 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


“Dənizlispor”da, ümumiyyətlə, Türkiyə karyeramda ilk qolumu vurduğum üçün sevinirəm. Düşünürəm ki, bu qol mənim üçün bir stimul olacaq”. Bu sözləri Türkiyə PTT I liqasında mübarizə aparan “Dənizlispor” klubunun yarımmüdafiəçisi Arif İsayev deyib. “Dənizlispor” səfərdə “Adanaspor”un qonağı olub. Qonaq komanda bu görüşdə rəqibinə məğlub olub. Adanalılar hər hissənin əvvəllərində vurduğu qolla qələbəni bayram ediblər. Görüşdə “Dənizlispor”un təsəlli qoluna isə 77-ci dəqiqədə Hüseyin Atalayın yerinə meydana çıxan və baş hakimin oyuna əlavə etdiyi 1-ci dəqiqədə fərqlənən Arif İsayev imza atıb.
Onun fikrincə, bu qol onun karyerasında yüksək yerlərdən birini tutacaq: “Bu qol mənim üçün böyük önəm daşıyır. Vurduğum bu qolu hər zaman xatırlayacağam. Təəssüf ki, fərqlənməyim heç nəyi dəyişmədi. Çünki artıq son dəqiqələr idi. Fərqlənmək və hesabı bərabərləşdirmək üçün vaxtımız qalmamışdı. Əsas komandanın uğurudur. Bu üzdən qol sevincimi aşkar büruzə verə bilmədim. İnşallah, gələcək oyunlarda da şanslarımdan yüksək dərəcədə yararlanıb, komandamın pley-offa düşməsinə yardımçı olmağa çalışacam”.
Qeyd edək ki, həmin oyunda start heyətində meydana çıxan Rail Məlikov da 90 dəqiqə çıxış edib. Hazırda 33 xalla XIV sırada olan “Dənizlispor”un son 5 turda vəziyyətini düzəldib, ilk 6 komanda arasına düşəcəyi inandırıcı görünmür.




 
Bölməyə aid digər xəbərlər
13.08.2020
İker Kasilyas “Real“a qayıdır
12.08.2020
“Azərbaycan futbolunu çox çətin il gözləyir“
12.08.2020
Çempionlar Liqasında 1/4 final mərhələsi başlayır
12.08.2020
Avropa Liqasında yarımfinalçılar bəlli olub-VIDEO
11.08.2020
Çempionlar Liqasının matçı koronavirusa görə təxirə salınıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info