Bakıda qadın futbolu üzrə UEFA seminarı
Tarix: 09.04.2013 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Bakıda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın seminarı başlayıb. Qadın futboluna həsr olunmuş seminarda 3 xarici ölkədən - Bosniya və Herseqovina, Monteneqro, Litvanı təmsil edən mütəxəssislər iştirak edir. "Hilton Baku" otelində təşkil olunmuş seminarı giriş sözü ilə açan AFFA-nın baş katibi Elxan Məmmədov ölkəmizdə qadın futbolunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, FİFA U-17 qadınlararası Dünya Çempionatı Azərbaycan 2012 barədə ətraflı məlumat verib. Məmmədov qeyd edib ki, bu Dünya Çempionatı nəinki Azərbaycanda, ümumilikdə regionda ən uzunmüddətli idman tədbiri olub. Mundialın loqotipinin təqdimatı FİFA-nın prezidenti Yozef Blatterin iştirakı ilə keçirilib. Dünya Çempionatı infrastrukturun inkişafı baxımından xüsusi əhəmiyyətə malik olub. Baş katib deyib ki, mundiala hazırlıq dövründə Bakıda bir neçə stadion inşa olunub, həmçinin müasir standartlara uyğun məşq meydançaları hazırlanıb. Çempionatın açılış mərasimində ölkə Prezidenti və FİFA-nın rəhbəri iştirak ediblər. Final qarşılaşmasını dövlət başçısı və UEFA-nın prezidenti birgə izləyiblər. Dünya Çempionatı Azərbaycanda qadın futbolunun inkişafına və təbliğatının gücləndirilməsinə böyük təkan olub.
Sonra UEFA nümayəndəsi Emma Sykes, ardınca isə AFFA-nın Texniki departamentinin əməkdaşı Zümrüd Məmmədova təqdimatla çıxış edib.
Qeyd edək ki, seminara aprelin 11-də yekun vurulacaq.




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Navas “Real“dan ayrılmaq istəyir
22.08.2019
Joze Mourinyo PSJ-nin baş məşqçisi ola bilər
21.08.2019
Salahdan “Real“ açıqlaması
21.08.2019
"Barcelona" Neymarın keçidini həll etdi
21.08.2019
Alimlər araşdırdı: Messi, yoxsa Ronaldo güclüdür?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info