“Qrip virusu ilə bağlı heç bir qorxu və narahatlıq yoxdur”
Tarix: 19.01.2017 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


”Azərbaycanda xüsusi təhlükəli xəstəliklərə tək-tək hallarda rast gəlinir”. Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
O bildirib ki, ölkədə xüsusi təhlükəli xəstəliklərdən bruselyoz, qarayara və quduzluq qeydə alınır. A. Əliyeva miqrasiya zamanı müxtəlif xəstəliklərin Azərbaycana gətirilməsi hallarına da münasibət bildirib: “Azərbaycan vətəndaşlarının müxtəlif ölkələrə miqrasiyası, həmçinin ölkəyə xarici ölkə vətəndaşların gəlməsi müşahidə olunur. Ehtimal ola bilər ki, hansısa vətəndaş xarici ölkədən xəstə vəziyyətdə geri qayıda bilər. Lakin bu gün heç bir ölkədə, eləcə də Rusiyada qrip virusu ilə bağlı pandemik vəziyyət qeydə alınmayıb. Bununla əlaqədar heç bir qorxu və narahatlıq yoxdur. Respirator infeksiyalar, yüngül keçən qrip virusları ola bilər ki, ölkəyə gəlsin. Ancaq bu, təhlükəli deyil və hava-damcı infeksiyalarıdır. Ötən ilin dekabr ayında mövsümlə əlaqəli xəstəliklərin sayında bir qədər artım var idi, lakin artıq onların sayı iki dəfə azalıb”. A.Əliyeva vurğulayıb ki, Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər zamanı, o cümlədən may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün lazımi tədbirlər görülür. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi ilə yanaşı, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti və aidiyyəti qurumlar tərəfindən bütün profilaktik tədbirlər həyata keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir
14.09.2019
Qeyri-leqal miqrasiya ABŞ-a ildə 300 milyard dollara başa gəlir
13.09.2019
Dağlıq Qarabağdakı qanunsuz “seçkilər“ xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir
13.09.2019
“Terrorla mübarizəmiz qətiyyətli şəkildə davam edəcək“
13.09.2019
Əflatun Amaşov: Münaqişə zonalarında jurnalistlərin fəaliyyəti yüksək qiymətləndirilməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info