Azərbaycan ilə Qətər arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Tarix: 19.01.2017 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti və Ərəb Gözdən Əlillər Federasiyasının sədri Xalid Ali Naemi arasında görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə N.Səmədov Azərbaycan və Qətər arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, ölkəmizdə bu sahələrdə həyata keçirilən islahatlar barədə məlumat verib.
Körfəz ölkələri ilə viza rejiminin sadələşdirilməsindən söz açan nazir müavini deyib ki, iki ölkə arasında hökumətlərarası müqavilələrin və birbaşa təyyarə reyslərinin mövcudluğunun nəticə olaraq 2016-cı ildə Qətərdən Azərbaycana səyahət edən turistlərin sayı 5.5 dəfə artıb.
Görüş zamanı iki ölkənin turizm obyektlərində fiziki imkanları məhdud şəxslərin sərbəst fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması müzakirə olunub.
Xalid Ali Naemi Qətər dövlətində bu sahədə mövcud standartlar və görülən işlər barədə məlumat verib.
Azərbaycan ilə İslam ölkələri arasında bütün sahələr üzrə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Nazim Səmədov 2017-ci ilin Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu diqqətə çatdıraraq bu qərarın Azərbaycan və İslam ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da intensivləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb
14.09.2019
Adam Draper ilə virtual reallıqda təlim təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info