60 milyard manata yaxın ümumi daxili məhsul istehsal edilib
Tarix: 19.01.2017 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


2016-cı ildə Azərbaycan rezidentləri tərəfindən 59987,7 milyon manatlıq və ya 2015-ci ildəkindən 3,8 faiz az ümumi daxili məhsul istehsal edilib. Azalmanın əsas səbəbi tikinti sektorunda əlavə dəyərin 2015-ci ilə nisbətən 27,6 faiz aşağı düşməsi olub.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu müddətdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 4,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,6 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 1,5 faiz, sənayedə 0,4 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində isə 0,1 faiz artıb.
Keçən il sənayedə 22434,5 milyon manatlıq, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 6152,2 milyon manatlıq, tikintidə 6004,4 milyon manatlıq, nəqliyyat və anbar təsərrüfatı sahələrində 4102,4 milyon manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3369,6 milyon manatlıq, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1436,3 milyon manatlıq, informasiya və rabitə sahələrində 1060,2 milyon manatlıq əlavə dəyər yaradılıb.
Ümumi daxili məhsulun 10836,9 milyon manatı iqtisadiyyatın digər sahələrində istehsal edilib, məhsula və idxala xalis vergilər 4591,2 milyon manat təşkil edib. Ötən il ümumi daxili məhsulun 39403,1 milyon manatı (65,7 faiz) iqtisadiyyatın qeyri-neft sahələrinin, 20584,6 milyon manatı (34,3 faiz) isə neft-qaz sektorunun payına düşüb.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən dəyəri 6223,8 manat təşkil edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
21.09.2020
Sənaye üsulu ilə əkilən kartof sahələrindən 300-350 sentner məhsul götürülür
19.09.2020
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
19.09.2020
Uğurlarımızın əldə edilməsində neftçilərin çox böyük xidməti və zəhməti var
19.09.2020
Prezident “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
2 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib
3 “Azərbaycan öz məmləkətimizdir“
4 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
5 Sığorta bazarını necə inkişaf etdirmək olar?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info