“Əli və Nino” filminin Avropa premyerası olacaq
Tarix: 19.01.2017 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Martın 8-də Avropa Parlamentinin üzvü xanım Norika Nikolainin, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS), Gürcüstanın və Azərbaycanın Avropa İttifaqında diplomatik missiyalarının birgə təşkilatçılığı ilə “Əli və Nino” filminin Brüssel şəhərində Avropa premyerası olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı TEAS “facebook” səhifəsində bölüşüb. Filmin nümayişinə Azərbaycan Respublikasının Belçika və Lüksemburqda səfiri, Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Gürcüstanın Belçika və Lüksemburqda səfiri, Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Natali Sabanadze, TEAS-ın Belçika nümayəndəliyinin direktoru Mark Vervilgen ev sahibliyi edəcək.
Filmin nümayişindən sonra keçiriləcək mətbuat konfransında Norika Nikolai iştirak edəcək.
Qeyd edək ki, “Əli və Nino” filminin layihə rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikye, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.
Filmin Avropa premyerasında iştirak etmək üçün fevralın 24-dək http://bit.ly/alininobruxelles linkində qeydiyyatdan keçmək lazımdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Azərbaycanlı rəssamın Neapol uğuru
19.09.2019
Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert təşkil edilib
19.09.2019
“YARAT”da Rusiya istehsalı olan filmlər göstəriləcək
18.09.2019
Bakıda “Qız qalası. Qadın olmaq” adlı sərgi açılıb
18.09.2019
Təbrizdə ustad Şəhriyarın xatirəsi anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info