“Bakcell“dən Ulduzum abunəçiləri üçün lotereya
Tarix: 19.01.2017 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Ulduzum proqramının üzvləri üçün növbəti lotereyasına start verdiyini elan edib. Şirkətdən verilən məlumata görə, lotereyada oynanılan əsas mükafatın şanslı qalibinə “Bakcell” tərəfindən Mançesterə səyahət paketi təqdim olunacaq.
Lotereya çərçivəsində “Bakcell” abunəçiləri 10 ədəd 100 AZN-lik, 20 ədəd 50 AZN-lik, 40 ədəd 30 AZN-lik və 90 ədəd 20 AZN-lik hədiyyə kartlarını udmaq şansını qazanacaqlar. Lotereyada oynanılan həftəlik uduş fondu, ümumi məbləği 5000 AZN təşkil etməklə, 160 ədəd hədiyyə kartından və final oyunda oynanılan bir əsas mükafatdan – Mançester şəhərinə səyahət paketindən ibarətdir.Lotereyada iştirak etmək üçün “KOD” yazıb 5555 nömrəsinə SMS göndərmək yetərlidir. Bu zaman “Bakcell”dən abunəçiyə Ulduzum proqramının L’occitane, Katv1, Domino’s Pizza, Kids World, Tusi-Bohm Planetarium, Poppy gallery, Karen Millen, Megafun, Flo, Puma kimi tərəfdaşlarından birində istifadə etmək üçün Ulduzum kodu gələcək. Bu xidmətlərdən istifadə zamanı xərclənən məbləğ minimum 10 AZN olmalıdır. Qeyd olunan tərəfdaşların mağazalarında edilən hər 10 AZN məbləğində alışın müqabilində Bakcell abunəçiləri avtomatik olaraq Ulduzum lotereyasında iştirak etmək üçün imkan qazanacaqlar. Etdikləri alışların sayından asılı olaraq, Bakcell abunəçiləri həftəlik və final lotereya oyunlarında iştirak etmək imkanlarının miqdarı barədə məlumat mesajı alacaqlar.Ulduzum lotereyası 10 yanvar 2017-ci il tarixindən 21 mart 2017-ci il tarixinədək keçiriləcək. Bu müddətdə həftəlik uduşların nəticələri hər Çərşənbə axşamı elan ediləcək. Həftənin qalibi olmuş istənilən iştirakçı eyni zamanda lotereyada oynanılan əsas mükafatın şanslı qalibi ola və Mançester şəhərinə səyahət edə bilər. Lotereyanın final oyunu 27 mart 2017-ci il tarixində keçiriləcək.Qeyd edək ki, Ulduzum proqramının 220-dən çox partnyorları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var. Hazırda Ulduzum proqramının 2000000 nəfərdən çox abunəçisi var.
Ulduzum lotereyası və Ulduzum proqramının üstünlükləri barədə daha ətraflı məlumatı www.ulduzum.az səhifəsindən əldə etmək olar.

Tural




 
Bölməyə aid digər xəbərlər
28.01.2020
Səhiyyə Nazirliyi: Azərbaycanda yeni 2019-nCoV koronavirus şübhəsi olan xəstə aşkarlanmayıb
28.01.2020
Bu il 6 “ASAN Xidmət“ və 1 “ASAN Kommunal“ mərkəzi açılacaq
28.01.2020
Bu il bir neçə ölkədə “ASAN xidmət“ mərkəzləri açılacaq
28.01.2020
12 dərəcə isti olacaq
28.01.2020
“ASAN Viza“ vasitəsilə 1 milyon 877 min 835 viza verilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info