Hakerlər “Gmail” istifadəçilərinə hücum edirlər
Tarix: 19.01.2017 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


"Wordfence" şirkətinin qurucusu Mark Maunder "Gmail" elektron poçt qutusunun istifadəçilərinə qarşı hakerlər tərəfindən tətbiq edilən yeni sxem haqda məlumat paylaşıb. Hətta təcrübəli istifadəçilər göndərilmiş məktubda zərərverici istinad üzrə keçid edə bilərlər.
Spam mesajlar fişinq (istifadəçinin fərdi məlumatlarını ələ keçirmək) məqsədi ilə göndərilir. Məktubda yerləşdirilmiş istinadlar, guya ki, "Gmail" elektron poçt qutusuna ünvanlanıb. Bu istinadlar "PDF" sənədləri kimi maskalanıb. Qeyd edək ki, əsl "Gmail" "PDF" sənədlərə baxmağa imkan verir.
"ICTnews" Elektron Xəbər Xidməti yazır ki, "Gmail" poçtunun dizaynını təqlid edən səhifədə istifadəçiyə öz məlumatlarını (loqin və şifrə) daxil etmək təklif edilir. Ünvan sətri "data:text/html, https://accounts/google.com" ilə başlayır. Bir çox istifadəçilər düşünürlər ki, "PDF" sənədlərə baxış səhifəsinin ünvanı məhz belə olmalıdır, qeydiyyat məlumatlarını təkrar daxil etmək isə proqram nasazlığıdır. Əslində bu səhifənin "Gmail"ə heç bir aidiyyəti yoxdur.
Elektron poçtun loqin və parolunu daxil etdikdən sonra bu məlumatlar hakerlərin əlinə düşür. Bundan sonra onlar bu elektron poçt ünvanı ilə əlaqəli başqa hesablar üzərində nəzarəti ələ keçirə və eyni sxem üzrə qurbanın kontakt siyahısındakı istifadəçilərə hücum edə bilərlər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Çardaqdan tapılmış köhnə çaynik yarım milyon dollara satıldı
26.09.2020
Dünyanın ən “çirkin“ təyyarəsinin adı açıqlanıb
23.09.2020
Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
23.09.2020
20 çimərlikdə beynəlxalq ekoloji aksiya keçirilib-FOTOLAR
23.09.2020
“Toksik trio”nun gənclərə təsirini araşdırmaq üçün sosial tədqiqat aparılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info