“İslam Həmrəyliyi İli” “Multikulturalizm İli”nin məntiqi davamıdır
Tarix: 19.01.2017 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi Azərbaycanın İslam dünyası ilə münasibətlərinin strateji əhəmiyyətini göstərir. Bu, həm də ölkəmizin İslam dünyasının vəhdətinə verdiyi önəmin nümayişidir. 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi ötənilki “Multikulturalizm ili”nin məntiqi davamıdır.
Bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, eləcə də Göyçay şəhərində fəaliyyət göstərən iki məscidin keçirdiyi “Birgəyaşayış ənənələrinin qorunub saxlanılması” mövzusunda tədbirdə səsləndirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi münasibətilə təşkil olunan tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə bu qərarın İslam dünyasının həmrəyliyinə verilən böyük önəmin göstəricisi olduğunu bildirib: "İndiyədək müsəlman ölkələrini din ətrafında birləşməyə çağıran müəyyən təşəbbüslər göstərilib. Lakin, dövlətimizin başçısı İlham Əliyev tarixdə ilk dəfə olaraq, İslam dünyasına siyasi mesaj ünvanlayaraq vahid mövqedən çıxış etməyin və birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə edib".
Rayonda fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, gənclər və orta məktəblərin yuxarı sinif şagirdləri qarşısında çıxış edən M.Səlimzadə qeyd edib ki, bu il Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək. Eyni zamanda, Naxçıvan 2018-ci ildə İslam mədəniyyəti paytaxtı elan edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Rauf Nəsirov, Göyçayda fəaliyyət göstərən dini icma sədrləri Rəsul Kazımov və Müşviq Əsgərov çıxış edərək bildiriblər ki, Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması, bütövlükdə, İslam dünyasına, eləcə də dünyaya mesaj xarakteri daşıyır. Uzun illərdir ki, dünyada islamofobiya hökm sürür, İslam ölkələrinin əleyhinə kampaniya aparılır. Ayrı-ayrı güclər müsəlman dövlətlərinin enerji resurslarına yiyələnmək üçün fəaliyyətlərini islamofobiya faktoru üzərində qururlar. Belə amillərə qarşı mübarizə aparmaq və həmrəylik nümayiş etdirmək lazımdır.
Din xadimləri qeyd ediblər ki, Azərbaycan hər zaman İslam həmrəyliyi prinsipindən çıxış edib. İslam insanları terrora, zülmə, əsarətə deyil, azadlığa və insan haqlarının qorunmasına, günahsız insanlara qarşı mərhəmət nümayiş etdirməyə səsləyir.
Bildirilib ki, ölkəmizdə elan olunan "İslam Həmrəyliyi İli"nin təkcə Azərbaycan və İslam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün önəmi var. Çünki dinlərarası qarşıdurma heç kəsə xoşbəxtlik gətirmir. Günahsız insan ölümlərinə səbəb dünyada hökm sürən ziddiyyətlərdir. Yaxın Şərqdə baş verən hadisələr də bunu açıq şəkildə göstərir. Təəssüflər olsun ki, bu gün bəzi dairələr İslamı terroru dəstəkləyən din kimi qələmə verirlər. Halbuki İslamda dinc və günahsız insanın ölümü bəşəriyyətin ölümü kimi qiymətləndirilir.
Sonda bir qrup din xadimi rayonda multikultural və islami dəyərlərin təbliği, dini münasibətlərin tənzimlənməsi sahəsində uzun illər səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info