“İslam İnkişaf Bankının tərəfdaş ölkələrə dəstək verməsi əsas hədəflərindəndir”
Tarix: 19.01.2017 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyi ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Kənd təsərrüfatı naziri Heydər Əsədovun İslam İnkişaf Bankının vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə ölkəmizdə aqrar sahədə görülən işlərdən ətraflı söhbət açılıb.
Nazir Heydər Əsədov qonaqlara ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə görülmüş işlər, o cümlədən ən müasir kənd təsərrüfatı texnikalarının alınıb gətirilməsi, Aqrar Universitetin yenidən qurulması və təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, laboratoriyaların yeni texnoloji avadanlıqlarla təmin olunması barədə məlumat verib. Kənd təsərrüfatı naziri İslam İnkişaf Bankının Azərbaycan ilə uzunmüddətli əməkdaşlığını vurğulayaraq, müstəqilliyimizin ilk illərindən ölkəmizin İslam İnkişaf Bankının üzvü olduğunu və bankın reallaşdırdığı layihələrin respublikamızda iqtisadi islahatların həyata keçirilməsində müstəsna rolu olduğunu bildirib. Nazir Heydər Əsədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan əsas hədəflər barədə məlumat verərək, kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələrdə təkrarlanmanın aradan qaldırılması və “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi”ndə prioritet sahələrə yönəldilmiş komponentlərə əlavə və dəyişikliklərin olunmasını məqsədəuyğun hesab etdiyini vurğulayıb. Xüsusilə də layihə üzrə əldə edilmiş qənaət hesabına “Suvarma Sistemlərinin Təmir-bərpası İşləri” subkomponenti çərçivəsində su itkisinin azaldılmasının, su kanallarının uzunömürlülüyünün təmin edilməsi məqsədilə mövcud torpaq işlərinin beton işləri ilə əvəzlənməsinin, Yevlax rayonunda əlavə 4000 hektar əkin sahəsinin etibarlı su təminatının mövcud layihə çərçivəsində həyata keçirilməsi məsələsinə baxılmasının, toxumçuluğun inkişafı və bu sahənin yenidən qurulmasının, aqrar təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasının, elmi-tədqiqat müəssisələrində kadr hazırlığının əsas hədəflərdən biri olduğu diqqətə çatdırılıb, aqrar investisiya ehtiyaclarının qiymətləndirilməsi və investisiya layihələrinin elmi əsaslarla hazırlanmasının məqsədəuyğunluğu qeyd edilib.
Sayed Ağa İslam İnkişaf Bankı ilə yaxından əməkdaşlıq etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Qonaq qeyd edib ki, bankın fəaliyyəti çoxşaxəlidir və tərəfdaş ölkələrdə prioritet sahələrin inkişafına dəstək vermək əsas hədəflərdəndir. O, “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” çərçivəsində təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyərək, ehtiyacların və yeni istiqamətlərin yerli mütəxəssislərin iştirakı ilə müəyyənləşməsi məqsədilə bank tərəfindən texniki missiyanın göndərilməsinin məqsədəuyğun olduğunu bildirib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə iyul üzrə 359 min manat ödənilib
24.09.2020
“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
24.09.2020
Xalqımızın halal haqqı
23.09.2020
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq?
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
2 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
3 Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
4 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
5 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info