Ötən il Naxçıvanın 22 kəndində torpaq tədqiqat işləri aparılıb
Tarix: 19.01.2017 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


“Araz” Elm-İstehsalat Birliyinin Aqrokimyəvi Torpaqşünaslıq və kütləvi analiz şöbəsi tərəfindən muxtar respublikanın 22 kəndində aparılan tədqiqat işləri 10 min hektara yaxın sahəni əhatə edib.
AZƏRTAC xəbər verir ki bu faktlar “Araz” Elm-İstehsalat Birliyinin Şahbuz rayon Kiçikoba kəndində “Torpaq münbitliyi bitkiçilikdə məhsuldarlığın artırılmasına təsir edən əsas amildir” mövzusunda keçirdiyi seminar-müşavirədə səsləndirilib.
Seminar-müşavirədə “Şahbuz rayonunun təbii, coğrafi mövqeyi və kənd təsərrüfatı məhsulları istehsalında rolu” mövzusunda Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Məmməd Bayramov çıxış edib. Qeyd olunub ki, seminar müşavirənin məqsədi torpaq mülkiyyətçilərinə məhsulların becərilməsində lazımi izahatların verilməsi, mülkiyyətçilərin maarifləndirilməsindən ibarətdir.
“Araz” Elm-İstehsalat Birliyinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Bayramov “Səmərəli becərmə texnologiyalarının tətbiqi, bitkiçilikdə məhsuldarlığın artırılması yolları, torpaq xəritələrindən istifadə qaydaları” haqqında mülkiyyətçilərə ətraflı məlumat verib. Qeyd edib ki, bu il 26 kənddə torpaq tədqiqat işləri aparılacaq.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sektor müdiri Oqtay Məmmədov “Torpaqların istismarı və istifadəsi zamanı münbitliyin bərpa edilməsi, torpaqların istifadəsi zamanı tələb olunan dövlət aktları qaydaları” və Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Sabir Səfərov “Bitkiçilikdə xəstəliklərlə, zərərvericilərə və alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılmasının əhəmiyyəti” mövzusunda çıxış ediblər.
Seminarın sonunda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq
17.09.2019
Vilayət Eyvazovdan yeni təyinat
17.09.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info