“Şəhidlər unudulmaz, hər zaman anılar” adlı şeir müsabiqəsinin qalibləri müəyyənləşib
Tarix: 19.01.2017 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhərindəki Afiyəddin Cəlilov adına 12 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar VII-XI sinif şagirdləri arasında keçirilən “Şəhidlər unudulmaz, hər zaman anılar” adlı şeir müsabiqəsinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri iştirak edib.
Tədbirdə çıxış edən Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elşən Rəfiyev və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Qızıllı Əliyeva müsabiqənin keçirilmə qaydaları haqqında iştirakçılara məlumat verib, onlara uğurlar arzulayıblar.
Sonra müsabiqə iştirakçıları şəhidlərimizə və 20 Yanvar faciəsinə həsr olunan şeirlər səsləndiriblər.
Münsiflər heyətinin qərarına əsasən, 15 nömrəli tam orta məktəbin şagirdi Aytac Əliyeva I yerə, 10 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Həmidova II yerə, 1 nömrəli tam orta məktəbin şagirdi Bayram Tahirov isə III yerə layiq görülüblər.
Qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb
14.09.2019
Adam Draper ilə virtual reallıqda təlim təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info