Adi su insanı daha ağıllı edə bilər
Tarix: 19.01.2017 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


ABŞ-ın San-Dieqo şəhərində yerləşən Kaliforniya Universitetində adi içməli suyun insana təsiri tədqiq edilib.
AZƏRTAC “Obozrevatel Texno” saytına istinadla xəbər verir ki, sən demə, su intellekti artıra bilirmiş. Alimlərin sözlərinə görə, o, beyin reseptorlarına müsbət təsir göstərir.
Lakin suyu ancaq müəyyən vaxtlarda içmək lazımdır. Səhər yeməyindən dərhal sonra iki böyük qurtum təmiz su içmək təkcə həzm prosesini sürətləndirmir, həm də təfəkkür fəaliyyətini gücləndirir. Eksperiment suyun faydasını sübuta yetirib.
Alimlər 30 gənc və sağlam kişidən ibarət qrup toplayıblar. Könüllülər tutumlu səhər yeməyindən sonra yarım stəkan su içiblər. Bu zaman onlardan intellektin qiymətləndirilməsi üçün məsələ həll etmək xahiş olunub. Su içməyən başqa qrup da olub. Nəticədə məsələləri məhz əsas qrup daha yaxşı həll edib.
Ekspertlər su ilə intellekt səviyyəsi arasında birbaşa əlaqənin olduğunu bildirirlər. Lakin həddindən çox su içmək də məsləhət görülmür. Əks halda böyrək və sidik kisəsi xəstəlikləri inkişaf edir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq
17.09.2019
Vilayət Eyvazovdan yeni təyinat
17.09.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib
17.09.2019
Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub
17.09.2019
Sabah hava isinəcək - 32 dərəcə

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info