Bəzi dövlət rüsumlarının məbləği kəskin azaldılır
Tarix: 19.01.2017 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Azərbaycanda bəzi dövlət rüsumlarının məbləğində dəyişiklik edilir. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini Fikrət Şirinov bildirib. Onun sözlərinə görə, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, əlverişli biznes mühitinin yaradılması və onların ilkin maliyyə resurslarının formalaşdırılması məqsədilə bəzi lisenziyalar üzrə dövlət rüsumunun məbləğləri bir neçə dəfə aşağı salınır. F. Şirinov əlavə edib ki, dərman vasitələrinin satışı ilə məşğul olmaq üçün lisenziyanın alınması üçün dövlət rüsumu hazırda 5500 manat olduğu halda, təklif olunan dəyişiklikdə dərman vasitələrinin pərakəndə satışı üçün cəmi 1000 manat dövlət rüsumu müəyyən edilib: “Bundan başqa, məktəbəqədər təhsil müəssisələrindən lisenziya üçün 2500 manat dövlət rüsumu alınırdısa, bu rüsumun 1250 manata endirilməsi təklif olunur. Baytarlıq preparatlarının istehsalı ilə məşğul olmaq üçün lisenziyaya görə isə dövlət rüsumunun məbləği 3000 manatdan 1500 manata endirilir”. F. Şirinov əlavə edib ki, qanun layihəsində bəzi maliyyə xidmətləri göstərən publik hüquqi şəxslər tərəfindən lisenziyalaşdırılan fəaliyyət növlərinə görə  dövlət rüsumlarının tam məbləğdə dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulub. “2016-cı ilin yanvarın 1-dən dövlət orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək üçün dövlət rüsumunun 25%-i həmin orqanların maddi təminatının formalaşmasına yönəldilir. Layihədə isə nəzərdə tutulur ki, bir əqd üzrə dövlət rüsumu 5000 manatdan yuxarı olmadıqda həmin xidməti göstərən dövlət orqanının hesabına köçürüləcək”. O, dövlət rüsumunun məbləğinin Bakıda tam, regionlarda isə müəyyən olunmuş dövlət rüsumunun 50%-nin dövlət büdcəsinə ödənilməli olduğunu qeyd edib.
Layihə MM-in plenara iclasına tövsiyə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
30.09.2020
ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri: Dağlıq Qarabağ üçün Cənubi Tirol modeli həll yolu kimi istifadə oluna bilər
30.09.2020
Anar Eyvazov: Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edir
30.09.2020
Düşmənin bu gün saat 17:30-dək məhv edilən döyüş texnikası
30.09.2020
Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib
30.09.2020
Prezidentə yazırlar: “Ali Baş Komandan, sizə inanırıq, sizinlə birlikdəyik...”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
2 Xalqımızın halal haqqı
3 “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
4 “Qara dul qadın” filminin premyerası təxirə salınıb
5 MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info