Bakı Atatürk Liseyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tarix: 19.01.2017 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Yanvarın 19-da Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində Qanlı Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər qarşısında çıxış edən liseyin müdiri Musa Ediz bildirib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Musa Ediz deyib ki, həmin vaxt xalqının səsinə hər kəsdən əvvəl səs verən Ulu öndər Heydər Əliyev oldu: «Azərbaycan xaqlının Ümummilli lideri Moskvada özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, təcavüzə kəskin etirazını bildirdi. Ulu öndər faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Azərbaycan xaqlının Ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı, eyni zamanda, faciəyə elə imperiyanın mərkəzində verilən ilk siyasi qiymət idi». Sonra çıxış edən liseyin tarix müəllimi Müşfiq Əlizadə 27 il əvvəl sovet ordusu tərəfindən Bakıda həyata keçirilən qırğının səbəbləri və ağır nəticələri barədə ətraflı danışıb. 20 Yanvarı Azərbaycanın ən yaxın tarixində həm hüzn, həm də qürur günü kimi xarakterizə edən natiq bildirib ki, istiqlal, azadlıq amalı ilə küçələrə çıxan xalq imperiyanın nəhəng hərb maşını qarşısında mətanətlə sinə gərib və müstəqilliyinə qovuşub.  Sonda şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyaya göstərilib.

Mahmud






 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə iyul üzrə 359 min manat ödənilib
24.09.2020
“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
24.09.2020
Xalqımızın halal haqqı
23.09.2020
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq?
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info