Vaxtından əvvəl qocalmanın səbəbləri açıqlanıb
Tarix: 19.01.2017 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


San-Dieqo tibb məktəbinin alimləri bildiriblər ki, oturaq həyat tərzi sürən yaşlı qadınların ömrü səkkiz il qısalır. Tədqiqatın nəticələri “American Journal of Epidemiology” jurnalında dərc edilib.
AZƏRTAC “EurekAlert!” saytına istinadla xəbər verir ki, tədqiqatda 64-95 yaş arasında 1500 qadın iştirak edib. Onların sağ buduna yeddi gün ərzində gecə-gündüz fiziki fəallığı izləyən akselerometr bərkidilib. Sonra alimlər xromosomun qurtaracağında olan telomerin uzunluğunu ölçüblər.
Aşkar edilib ki, gündə azı 30 dəqiqə fiziki hərəkət edən adamda telomerin uzunluğu oturaq həyat tərzi keçirən adamla müqayisədə daha çoxdur. Bu onu göstərir ki, oturaq həyat tərzi sürən insanlarda hüceyrələr tez qocalır və yaşla bağlı xəstəliklərin yaranması riski çoxalır.
Telomerlər DNT-nin ardıcıl təkrar sırasından ibarətdir. Onlar çoxalan xromosomları zədələnmədən qoruyur, lakin hər bölünmədə qısalır. Hesab edilir ki, bu proses qocalma ilə əlaqədardır. Olduqca qısa telomerləri olan hüceyrələr öz funksiyalarını yerinə yetirə bilmir və məhv olur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
18.09.2020
Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib
18.09.2020
Tural Gəncəliyev: Xankəndində törədilən qırğına görə erməni terrorçularından haqq-hesab istəyəcəyik
18.09.2020
Poliklinikaların fəaliyyəti standart qrafik üzrə bərpa edilib - Nazirlik
18.09.2020
Tofiq Yaqublunun azadlığa buraxılmasına dair vəsatət verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info