20 Yanvar hadisələri ilə bağlı sorğu keçirilib
Tarix: 19.01.2017 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


1990-cı ilin 20 Yanvar hadisələrindən 27 il ötür. Məhz bu gecə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridilib. Həmin gecə sovet ordusu tərəfindən 137 dinc sakin xüsusi qəddarlıqla öldürülüb, yüzlərlə insan yaralanıb, itkin düşüb. Bütün yaşanılanlara rəğmən 20 Yanvar hadisəsi xalqımızın milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. 20 Yanvar faciəsi həm də SSRİ adlanan nəhəng imperiyanın iflasında da əsas amillərdən biri oldu.
Bu qanlı tarixi hadisənin növbəti ildönümündə “ACT Azərbaycan” Bakı sakinləri arasında sorğu keçirdi. Sorğuda iştirak etmiş 400 respondentin hər biri bu tarixi hadisə haqqında məlumatlı olduğunu bildirib. Sorğu iştirakçılarının əksəriyyəti bu qanlı hadisələrə görə keçmiş Sovet İttifaqı hakimiyyətini günahkar bilib (45 %). 16 % sakin isə Bakıda baş verən qırğına görə Ermənistan hakimiyyətini iddiham edib. Mixail Qorbaçovu Bakı qırğınının əsas səbəbkarı sayanlar isə 8 % təşkil edib. O dövrki yerli hakimiyyət də iddiham olunanlar sırasında yer alıb (2 %). Yanvar faciəsində konkret bir tərəfi günahkar bilməyənlər də var (2 %). Bu hadisələrdə də ABŞ izi axtaranlar 1 % təşkil edib. Bakı sakinlərinin dörddə biri isə Yanvar qırğınında konkret günahkar adını deməkdə çətinlik çəkiblər (26 %).
Rəyi soruşulan qadınların 43 %-i, kişilərin isə 46 %-i Bakı qırğınına görə məhz Sovet İttifaqını iddiham edib.
“20 Yanvar faciəsinin qarşısını almaq olardımı ?” sualına cavab verənlərin əksəriyyəti müsbət cavab verib (43%). Bu fikirlə razılaşmayanlar 30 % təşkil ediblər. 27 % respondent isə sualı cavablandıra bilməyib.
Gəncliyi 90-cı illərə təsadüf edən əksər insanlar ( 45-54 yaş aralığı) faciənin qarşısını almağın mümkün olduğu bildiriblər (45 %). İstənilən halda Bakıda qırğının yaşanılacağını deyənlər isə nisbətən ahıl respondentlər (55-64 yaş aralığı) olub (40 %).
Sorğu 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yalnışlıq həddi maksimum 4.9 %-dir.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq
17.09.2019
Vilayət Eyvazovdan yeni təyinat
17.09.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info