Tehranda 17 mərtəbəli bina çöküb
Tarix: 20.01.2017 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Dünən səhər saatlarında Tehranın mərkəzindəki Firdovsi meydanında yerləşən 17 mərtəbəli binada güclü yanğın baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər binaya daxil olaraq yanğını söndürməyə başlayıblar.
Bu zaman bina çöküb və təxminən 40 yanğınsöndürən çöküntünün altında qalıb. Hadisə yerinə əlavə olaraq 200 yanğınsöndürən və təcili tibbi yardım avtomobilləri cəlb edilib. Hadisə yerinə gələn Tehran Baş Polis İdarəsinin rəisi M.Sacidiyan jurnalistlərə bildirib ki, yanğın söndürülüb. Xilasetmə işlərinə yanğınsöndürənlərlə yanaşı, Tehran yaxınlığındakı hərbi hissələrin şəxsi heyəti də cəlb olunub. İran Prezidenti Həsən Ruhani daxili işlər nazirinə təlimat verərək qəzanın dəqiqliklə araşdırılmasını tapşırıb. Prezident Həsən Ruhani hadisə zamanı ölənlərin ailələrinə başsağlığı verərək bu kədərli hadisədən təəssüf hissi keçirdiyini bildirib. Binanın yaxınlığında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniya səfirliklərinin əməkdaşlarının təhlükəsizliyi təmin edilib və onlar təxliyə olunublar. Xatırladaq ki, bu bina Tehranda inşa edilmiş ilk hündür binalardan biridir. Bina ticarət mərkəzi kimi fəaliyyət göstərirdi. Bununla yanaşı, burada bir sira şirkətlərin ofisləri də var idi. Qeyd etmək lazımdır ki, binada tekstil malları istehsal edən sex də olub. Ehtimal edilir ki, yanğın məhz elə bu sexdə baş verib və sonradan bütün binaya yayılıb. Bildirilir ki, bu gün İranda istirahət günü olduğundan binada az adam olub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2020
Sabirabadda yeznə ov zamanı qaynını güllələyib
19.09.2020
Sumqayıt Yüksək Gərginlikli Eletrik Şəbəkəsində fəhləni cəryan vurub öldürdü
19.09.2020
Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
18.09.2020
Prokurorluq Xaçmazda ər-arvadın güllələnərək qətlə yetirilməsilə bağlı məlumat yaydı
18.09.2020
Zaqatalada ölüm faktının üstü 9 ildən sonra açıldı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info