Moldova ilə bağlı plan işə düşüb
Tarix: 20.01.2017 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Ölkə federallaşır, Dnestryanı bölgə federal subyekt kimi parlament seçkilərində iştirak edir, sosialistlər qalib gələrək Avropa İttifaqı ilə imzalanan sazişi ləğv edir və ölkə Avrasiya İttifaqına daxil olur

Son bir neçə gün ərzində keçirilən görüşlər Moldova ilə Rusiyanın münasibətlərində yeni mərhələnin başlandığını deməyə əsas verir. Moldovanın yeni seçilən dövlət başçısı İqor Dodonun Moskva səfəri və Putinlə görüşü həm ikitərəfli münasibətlərin inkişafı, həm də Dnestryanı münaqişəsinin həlli ilə bağlı yeni addımların atılacağını təsdiqləyir. Dodon Moldovanın federallaşmasını təklif edir və Moskva görüşündə bu məsələ müzakirə edilib. 2018-ci ildə Moldovada parlament seçkiləri keçiriləcək.
Həmin seçkidə Dnestryanı bölgənin də iştirakı nəzərdən keçirilir. Bu, Dnestryanı bölgənin de-yure Moldova ərazisi kimi təsdiqi olacaq. Müzakirələrdə razılıq əldə edilərsə, parlament seçkiləri daha tez, növbədənkənar da baş tuta bilər. Belə olacağı təqdirdə Moldova parlamentində üstünlük sosialistlərin tərəfində olacaq, hansı ki, onların qeyri-formal lideri Dodon sayılır. Dnestryanı bölgədə 200 min seçici var və onlar Moskva kimə desə, ona səs verəcəklər. Kreml isə Moldovada hakimiyyətə tam nəzarət etməsi üçün Dodona səs verilməsi tapşırığını verə bilər. Məsələ ondadır ki, Dodon parlamentə də nəzarət edə bilərsə, onda Moskva üçün də vacib olan vədini- Avropa İttifaqı ilə imzalanan sazişi qüvvədən sala bilər. Eyni zamanda Dnestryanı ilə federativ əsasda birləşmək məsələsini də həmin parlamentdə təsdiqlətmək mümkündür. Moldovanın “Politicon” strateji araşdırmalar mərkəzinin rəhbəri Anatol Çaranu “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında bildirib ki, Putinlə Dodonun görüşündə elə bu məsələlər müzakirə edilib: “Dodon Moskvaya səfər etməklə faktiki olaraq parlament seçkisi kampaniyasına start verib və bunu Avropaya inteqrasiyanın tərəfdarları yaxşı başa düşür. Ona görə də Demokratik Partiya federallaşmanın əleyhinə mitinqlər təşkil etməyə başlayıb. Partiya hesab edir ki, Dnestryanı bölgə ilə bağlı münaqişə 5+2 formatında (Moldova, Dnestryanı-tərəf kimi, Rusiya, Ukrayna, ATƏT-vasitəçi kimi, Avropa İttifaqı və ABŞ- müşahidəçi kimi) həll edilməlidir”. Partiya hesab edir ki, Dodonun federallaşma ilə bağlı təklifi ölkənin birləşməsi yox, gələcək parçalanmasına səbəb olacaq. “Həmrəylik və fəaliyyət” partiyasının sədri Maya Sandu hesab edir ki, Dodonun Avropa İttifaqı ilə imzalanan sazişin ləğvi ilə bağlı açıqlaması ölkə vətəndaşlarının maraqlarına xəyanətdir. “Financial Times” yazır ki, İqor Dodon Moskva səfəri zamanı bildirib ki, Avrasiya İttifaqına daxil olmaq üçün Avropa İttifaqı ilə imzalanan sazişin ləğv edilməsi istisna deyil. Bu isə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” layihəsinə ciddi zərbə ola bilər. Moldova prezidentinin mətbuat katibi İon Çeban bildirib ki, hakimiyyətin nə istəməsindən asılı olmayaraq Dodon xarici siyasəti dəyişmək üçün xalqdan səlahiyyət alıb: “Demokratik Partiya hələ başa düşmür ki, Moldovanın xalq tərəfindən seçilən prezidenti var və dövlət başçısı onların maraqlarını ifadə edir. Həmin vətəndaşların əksəriyyəti isə hesab edir ki, ölkə Avrasiya İttifaqına daxil olmalıdır”. Opponentlər iddia edir ki, Moldova parlamentli respublikadır və dövlət başçısı, sadəcə olaraq, dekorativ fiqurdur. Həqiqətən də, Moldovada 2000-ci ildən vəziyyət belədir: birbaşa prezident seçkiləri ləğv edilib və respublika parlament idarəçiliyinə keçib. Amma ötən il vəziyyət dəyişdi: xalq birbaşa səsvermə ilə prezident seçdi. İndi Moldovada siyasi mənzərə dəyişib: xalqın seçdiyi prezident artıq geniş səlahiyyətə malikdir. Respublika faktiki olaraq prezident üsul-idarəsinə keçib. Yəni Dodon faktiki olaraq icraedici hakimiyyətin başçısı sayılır. Sorğular göstərir ki, Dodonun rəhbəri olduğu sosialistlər partiyası parlament seçkilərində qələbə qazana bilər. Dnestryanı bölgədən gələn səslər isə Dodona parlament üstünlüyünü tam ələ keçirməyə imkan verə bilər. Dnestraynı bölgəsi 25 ildir ki, Moldovada keçirilən seçkilərdə iştirak etmir. Əgər Moskva razılıq versə, Tiraspol adekvat addım atacaq. Dodonu gərgin siyasi atmosfer gözləyir. Avropa tərəfdarları geniş aksiyalara hazırlaşır. Deməli, Moldova siyasi cəhətdən kifayət qədər çətin olacaq daha bir ağır qış yaşamalı olacaq.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info