Obama vidalaşdı: “Tramp Yaxın Şərqdə olduqca ehtiyatlı davranmalıdır”
Tarix: 20.01.2017 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


“Amerika seçki sisteminin ən böyük problemlərindən biri seçkilərin saxtalaşdırılması deyil, seçicilərin səsverməyə getmək əzminin
olmamasıdır”


Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama vida mətbuat konfransı təşkil edib. ABŞ prezidenti kimi son mətbuat konfransında Obama Rusiya ilə konstruktiv münasibətlər, yeni seçilmiş prezident Donald Tramp ilə münasibətlər barədə danışıb.
Rusiya prezidenti ilə "işləmək üçün cəhd" etdiyini nəzərə çatdıran Obama, həmçinin gələcək üçün planları paylaşaraq, bundan sonra da ölkəsi üçün "vətəndaş olaraq qalacağını" bildirib. ABŞ və dünyanın Rusiya ilə konstruktiv əlaqə qurmasında maraqları olduğunu deyən Obama Rusiya prezidenti Vladimir Putinlə əməkdaşlıq qurmağa çalışdığını etiraf edib: “Lakin soyuq müharibə zamanı mövcud rəqabət ruhuna dönüş bizim əlaqələrimizi mürəkkəbləşdirdi. Maraqlarımızın üst-üstə düşdüyü məsələlərdə birlikdə işləyirdik. Mən Rusiya prezidenti və hakimiyyəti ilə işləməyə, bu ölkənin iqtisadiyyatının şaxələndirilməsində onlara yardımçı olmağa çalışdım”. Obama Rusiya ilə nüvə silahlarının azaldılması ilə bağlı danışıqlar imkanını alqışlayıb. Obama bütün baş verənlərə rəğmən, Donald Trampın Rusiya ilə yeni münasibətlər quracağına ümidvar olduğunu bildirib. Obama, eyni zamanda Trampa məsləhət görüb ki, Ukraynanın bütövlüyü, nüvə ehtiyatlarının azaldılması və digər məsələlər həllini tapmayana qədər Moskvaya qarşı tətbiq edilmiş qadağaları aradan qaldırmasın. Böyük güclərin kiçik ölkələrə qarşı zorakılıq hallarını pisləyən Obama etiraf edib ki, heç ABŞ da bu prinsipə həmişə əməl etməyib. Rusiya-Ukrayna münasibətlərinə toxunan Obama bu ölkələrin tarixən mədəni və ictimai əlaqələrlə bir-birinə bağlı və onların qarşıdakı illərdə xoş münasibətlər quracağına ümidli olduğunu bildirib. Onun sözlərinə görə, Donald Trampın administrasiyası Yaxın Şərq bölgəsində olduqca ehtiyatlı davranmalı, düşünülməmiş addımlardan uzaq olmalıdır. Barak Obama gələcəklə bağlı planlarını da paylaşıb: “Artıq sakitliyə çəkilib yazmaq istəyirəm. Eyni zamanda vaxtımın çoxunu ailəmlə birgə keçirmək istəyirəm”. ABŞ-ın gələcək prezidentlərindən danışan Obama əmin olduğunu bildirib ki, o, Amerika Birləşmiş Ştatlarının yeganə qaradərili rəhbəri olmayacaq. Gələcəkdə qadınlar, müxtəlif mənşəyə, dinə və irqə məxsus insanlar ABŞ prezidenti olacaq. O, həmçinin qeyd edib ki, Amerika seçki sisteminin ən böyük problemlərindən biri seçkilərin saxtalaşdırılması deyil, seçicilərin səsverməyə getmək əzminin olmamasıdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Niderland hökuməti ölkədəki müsəlman məktəblərində yoxlamalar aparır
14.09.2019
Husilәr Yәmәnin Hudeydә şәhәrinә hücum edib, ölәnlәr var
14.09.2019
ABŞ Şimali Koreyaya və Uqandaya qarşı yeni sanksiyalar tətbiq edib
14.09.2019
Latviya hökuməti İstanbul konvensiyasını imzalamadığı üçün tənqid olunub
13.09.2019
YPG/PKK terroçuları Afrini top atәşinә tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info