“Köhnə dünya nizamı birdəfəlik başa çatdı”
Tarix: 23.01.2017 | Saat: 20:52:00 | E-mail | Çapa göndər
Frank-Valter Ştaynmayer: “21-ci əsrdə yeni dünya düzəninin necə olacağı, sabah dünyanın necə görünəcəyi ilə bağlı suallar açıq qalır. Mən bilirəm ki, bəzi gözlənilməzliyin olacağı çətin vaxtlara hazır
olmalıyıq”


Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəzifə səlahiyyətlərinin icrasına başlaması ilə bağlı “Bild” nəşrində məqalə ilə çıxış edib. Xarici işlər naziri məqaləsində qeyd edib ki, Trampın seçilməsi ilə 20-ci əsrin dünya düzəni başa çatdı və qarşıda planetimizi çətin vaxtlar gözləyir.
“Donald Trampın prezident seçilməsi ilə 20-ci əsrin köhnə dünya nizamı birdəfəlik başa çatdı. 21-ci əsrdə yeni dünya düzəninin necə olacağı, sabah dünyanın necə görünəcəyi ilə bağlı suallar açıq qalır” - deyə Ştaynmayer yazıb. Almaniyanın xarici siyasət idarəsinin rəhbəri hesab edir ki, ABŞ-dakı hakimiyyət dəyişikliyi müəyyən şübhələr, narahatlıqlar, inamsızlıqlar, yeni hakimiyyətin siyasəti ilə bağlı çoxlu suallar yaradır və bu gün bir çox məsələlər “xəritə üzərinə qoyulub”. Nazir qeyd edib ki, hakimiyyət, təkcə Tramp yox, onun komandası da gəlib: “Biz onlarla dialoq yaratmağa çalışacağıq və münasibətlərimizi, dəyərlərimizi, maraqlarımızı yeni administrasiyaya çatdıracağıq. Biz Avropa ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi istiqamətindəki gözləntilərimizi dəqiq şəkildə qarşı tərəfə bildirəcəyik. Mən bilirəm ki, bəzi gözlənilməzliyin və inamsızlığın olacağı çətin vaxtlara hazır olmalıyıq. Eyni zamana əminəm ki, Vaşinqtonda hətta böyük dövlətlərin belə, tərəfdaşlara, öz yolu ilə getməyə hazır olan yaxşı dostlara və etibarlı müttəfiqlərə ehtiyacı olduğunu başa düşən diqqətli dinləyicilər tapa biləcəyik”.

Romano Prodi: “Berlin siyasi xətti dəyişmək üzərində işləyir. Tamamilə mümkündür ki, Almaniya avrodan imtina edərək öz yoluna müstəqil şəkildə davam etsin”

Almaniyanın kansleri xanım Merkel isə bəyan edib ki, Tramp administrasiyası ilə kompromis nöqtələrini tapmağa çalışacaq. O, ilk sırada hərbi xərclər və ticarət əməkdaşlığının olduğunu qeyd edib. Almaniyanın narahatlığının səbəbsiz olmadığını Avropa Komissiyasının keçmiş rəhbəri və İtaliyanın eks-baş naziri Romano Prodi də təsdiqləyib. O bildirib ki, Tramp Avropa İttifaqı ilə münasibətlərdə inqilab edəcək. Prodi “La Stampa” nəşrinə açıqlamasında bildirib ki, ABŞ prezidentinin fikirləri, ilk növbədə Almaniyaya qarşı yönəlib: “Almaniya Avropa sinfində həmişə birinci şagird olub, həmişə ABŞ-la münasibətlərə məhdudiyyət tətbiq edib, özünün maraqlarının əleyhinə olsa belə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara ilk qoşulanlardan olub”. Prodi Almaniyanın siyasətində müəyyən dəyişikliklər olacağını istisna etməyib. Təcrübəli siyasətçi bildirib ki, bir çox tanınmış alman siyasətçilər bu məsələ ilə bağlı heç bir açıqlama səsləndirməyib. Ona görə də ehtimal etmək olar ki, Berlin siyasi xətti dəyişmək üzərində işləyir.

Macarıstanın xarici işlər naziri:
“Əgər ABŞ “demokratiya ixracı”ndan əl çəksə, bu, nəinki Macarıstan, eləcə də bütün dünya üçün müsbət işarə olacaq”


Tamamilə mümkündür ki, Almaniya avrodan imtina edərək öz yoluna müstəqil şəkildə davam etsin. Göründüyü kimi, bütün dünya Trapm dönəmində dünyanın siyasi-iqtisadi mənzərəsinin necə olacağını səbirsizliklə gözləyir. Artıq vəzifəsinin icrasına başlayan Tramp elə prezident kimi ilk günlərdən verdiyi açıqlamalarla böyük dəyişikliklər vəd edir. Ona və səsləndirdiyi fikirlərə münasibətlər də fərqlidir. Almaniyanın xarici işlər nazirinin məqaləsi göstərir ki, Avropanın iri dövlətləri narahatlıq içindədir. Macarıstanın xarici işlər naziri Pter Siyatro isə dünən açıqlayıb ki, əgər ABŞ “demokratiya ixracı”ndan əl çəksə, bu, nəinki Macarıstan, eləcə də bütün dünya üçün müsbət işarə olacaq: “Mən, sadəcə, bir faktı qeyd edə bilərəm ki, Donald Tramp nəhayət ki, güc yolu ilə demokratiya ixracından, ümumiyyətlə, bu sistemdən imtina etmək istəyir. Bu, çox yaxşı xəbərdir”. Nazir bildirib ki, əvvəlki illərdə ABŞ administrasiyası Macarıstanın daxili işlərinə çoxlu müdaxilələr edərək, hansısa tapşırıqlar verib: “Bundan sonrakı illərdə belə hallar təkrarlanmasa, bu, bizim üçün yaxşı xəbər olacaq. ABŞ-ın yeni seçilmiş dövlət başçısının “demokratiya ixracı” metodlarından istifadə etməyəcəyi bütün dünya üçün yaxşı haldır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Nağd pula ehtiyac olmayacaq
20.10.2017
Suriyaya nəzarət uğrunda savaş: Şoyqunu İsrailə aparan səbəb
20.10.2017
Patrik Fyuri: “Azərbaycan ABŞ üçün regionda önəmli müttəfiqdir”
19.10.2017
Tillerson Bağdadın Kərküklə bağlı fəaliyyətini dəstəkləyib
19.10.2017
NATO-nun Balkanları işğal planı: sırada Makedoniya və Bosniya və Hersoqovina var

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7535

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info