Niyə sivil müxalifətin Milli Şurası yoxdur?
Tarix: 09.04.2013 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


Dünyanın siyasi tarixinə nəzər yetirdikdə partiyalar yarandıqdan sonra müxalifət cəbhəsində təmsil olunan partiyaların iki qrupa-radikal və sivil müxalifətə bölündüklərini və onlar arasında mübarizənin daim davam etdiyini görmək mümkündür. Radikallar hakimiyyətə gəlmək üçün hər zaman inqilab yolunu, müasir dillə desək “Ərəb baharı” yolunu, sivil müxalifət isə maarifçilik yolu ilə, qansız yolla hakimiyyətə gəlməyin tərəfdarı olublar. Ən yeni tariximiz olduğu üçün Azərbaycan cəmiyyəti bolşevizmin tarixinə daha dərindən bələddir. Bolşeviklərin özləri də bolşeviklərə və menşeviklərə bölünüblər. Bu kontekstdə Azərbaycandakı müxalifətə nəzərə yetirsək, yuxarıda qeyd olunan tarixi qanunauyğunluğun ölkəmiz üçün də xarakterik olduğunu demək olar.
İctimai Palata-AXCP, Müsavat, həmçinin “EL”-in timsalında radikal müxalifət ölkəmizi “Ərəb baharı”nın baş verdiyi ölkələr sırasına daxil etmək və hakimiyyətə inqilab yolu ilə gəlmək istəyirlər. Onlar İsa Qəməbərin dediyi kimi, proseslərin gedişində “qan” gördüklərini bildirirlər. Amma loyal müxalifət, sağlam müxalifət adlandırdığımız kəsim isə, siyasi mübarizə yollarını-islahatlar, parlamentdə təmsil olunma və digər yolları seçiblər. Dərindən təhlil etdikdə Azərbaycan üçün loyal, sivil müxalifətin mübarizə üsullarının daha mütərəqqi yol olduğunu görmək olur. Bəs niyə sivil müxalifətdə təşkilatlanma zəifdir, niyə onların da “Milli Şura”sı olmasın? Axı meydanı boş görən radikal müxalifət partiyaları ölkədəki ictimai-siyasi sabitliyi pozmaq üçün müxtəlif vasitələrə əl atır, beynəlxalq aləmdə Azərbaycanın qeyri-demokratik ölkə olduğu fikrini formalaşdırmaq istəyirlər.
Məsələ ilə bağlı Milli QHT Forumunun sədri Rauf Zeyninin fikirlərini öyrəndik: “Ümumiyyətlə, mən QHT-ni təmsil etdiyim üçün biz təbii ki, sivil cəmiyyətin və vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının tərəfdarıyıq. Azərbaycan yeni müstəqillik qazanan dövlət olduğu üçün və ölkəmizdə hələ siyasi dialoq lazımi səviyyədə olmadığına, o cümlədən siyasi partiyaların formalaşması tam başa çatmadığına görə vətəndaşların, insanların siyasi baxışları fərqlidir. Məsələn, Türkiyədə uzunmüddətli müstəqilliyin olması burada cəmiyyətin tam oturuşmasına gətirib çıxarıb. Burada həm müxalifət, həm iqtidar partiyaları, həm qeyri-hökumət təşkilatları oturuşmuş cəmiyyətin məhsuludur. Hüquqi nöqteyi-nəzərdən hər şey təkmildir. Burada seçkilərdə 10 % baraj sistemi tətbiq edilir. Hökumət bu barajı keçən partiyaları maliyyələşdirir. Bu da təkmilliyin nəticəsidir. Düşünürəm ki, Türkiyədən bu baxımdan öyrənməliyik. Bu il dövlətimizin həm vətəndaş cəmiyyətinin, həm də siyasi partiyaların formalaşması üçün vəsait ayırması sözügedən istiqamətdə atılan addımlardır. Azərbaycan dövləti hüquqi cəmiyyətin qurulması istiqamətində addımlar atır. Azərbaycan əhalisi yeni dövrdə radikallığı qəbul etmir. Bəzi insanlar isə təəssüflər olsun ki, radikalizmlə nəyəsə nail ola bilərlər. Artıq müstəqillik dövrü ərzində BMT TŞ-nin qeyri-daimi üzvü seçildik, Davos Forumu burada keçirilir və ölkəmiz güclü dövlətə çevrilir. Biz vətəndaş cəmiyyətini gücləndirmək üçün insanlar konstitusion hüquqlarını bilsinlər deyə, şüurun dəyişilməsi üçün maarifləndirmə işi aparırıq, dövlətin də buna dəstəyi artmalı, partiyalar öz üzərlərində işləməlidir. Dövlət sosial sifarişləri vətəndaş cəmiyyətinə həvalə etməlidir. Niyə radikal müxalifətdə bu qədər parçalanma var? Bu düşüncə probleminin fəsadlarıdır. Siyasi mübarizə aparmaq üçün partiyalara qoşulmaq, normal mübarizə aparmaq lazımdır. İnsan sivil cəmiyyəti qəbul etməlidir. Bəzi qüvvələr gəncləri radikalizmə cəlb etməklə qısa müddətdə nəyəsə nail olmaq istəyirlər. Azərbaycan cəmiyyəti öz inkişaf yolu ilə gedəcək, onu sivil inkişaf yolundan döndərmək mümkün deyil, çünki əhali sivil cəmiyyət, onun problemlərini həll edə bilən sivil dövlət görmək istəyir. Ona görə bunun əksi olan cəhdlər Azərbaycan xalqı tərəfindən dəstəklənməyəcək”.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının isə məsələyə münasibəti bu cür oldu: “ Müxalifətin varlığı Azərbaycanda demokratik prinsiplərin bərqərar olmasından xəbər verir. Müxalifət partiyalarının fəaliyyəti üçün hər cür imkan var. Lakin radikal müxalifət partiyaları müxtəlif adlar, təşkilatlar, birliklər altında birləşərək güc nümayiş etdirmək, birləşmə görüntüsü yaratmaq istəyirlər. Bundan əvvəlki 2003 və 2008-ci il prezident seçkilərində də belə birliklər yaranmışdı. Lakin bunlar mənasızdır. Çünki radikal müxalifət partiyalarının, xüsusilə AXCP-nin sədri Əli Kərimlinin, Müsavatın sədri İsa Qəmbərin əsl simaları Azərbaycana bəllidir. Təşkilatlanmalar isə radikal müxalifətin öz mövcudluğunu qoruyub saxlamaq məqsədi güdür. Müxalifət yalnız iqtidara düşmən olmaq demək deyil. Ona görə də sivil müxalifət partiyaları müxtəlif proqramların konsepsiyaların işlənib hazırlanmasında iştirak edir, Milli Məclisdə təmsil olunaraq müxtəlif təkliflərlə çıxış edirlər və zaman-zaman onların təklifləri qəbul olunur. Çünki bunu xalq üçün daha yararlı yol hesab edirlər.
Hazırda Azərbaycan prezident seçkiləri ərəfəsindədir. Şübhəsiz ki, bu proses ölkəmizin siyasi həyatında canlanmaya səbəb olur. Sivil müxalifət partiyaları da prosesdə fəal olmalı, səylərini birləşdirmək yolu ilə öz fəaliyyətlərini ortaya qoymalıdırlar. Fikrimcə, Azərbaycanda kifayət qədər yüksək təfəkkürlü sivil müxalifət nümayəndələri var. Sivil müxalifət öz fəaliyyətini gücləndirməlidir ki, beynəlxalq aləmdə Azərbaycan müxalifəti dedikdə yalnız gəncləri, qocaları qanunsuz aksiyalara cəlb edən, onları polislə toqquşmağa sövq edən radikal müxalifət yox, onlar göz önünə gəlsin.”
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik
21.08.2019
Masallı rayonunun Birinci Səmidxanlı ərazisində səyyar görüş
21.08.2019
Quba rayonunda baş vermiş yanğın söndürülüb
21.08.2019
Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info