Mobil telefonunuzu satıb yenisini alarkən nəyə diqqət yetirməli?
Tarix: 09.04.2013 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


Mobil telefonlarını satdıqdan sonra zərər çəkmiş olan istehlakçıların “www.sikayetvar.com”a göndərdikləri şikayətlərdən sonra çıxarılan analizə görə bunları etməyiniz məsləhət görülür: telefonunuzdakı fərdi məlumat və kart məlumatlarınızı silin, telefonunuzun IMEI-nin pis niyyətli kəslər tərəfindən sui-istifadə edilməsinə maneə törətmək üçün satarkən mütləq satış sənədi təşkil edin, kabelsiz əlaqələrin ləğv edildiyindən əmin olun və telefonunuzda xüsusi görünnwlərinizi buraxmayın.
Mobil telefon istifadəçiləri 6 ayda, ya da ən gec 1 il içərisində cib telefonu dəyişdirir. Yaxşı, köhnə telefonlarını satan mobil telefon sahibləri nələrə diqqət yetirmir və nə kimi zərər çəkirlər.
İkinci əl mobil telefon bazarında istehlakçıların yaşadıqları problemlər:
1. Telefonunuzu satarkən cihaz içərisində məlumat buraxmayın: Mobil telefonlarını satanlar cihazdakı bəzi məlumatları silməyi unudurlar. Şəxsi məlumatları, telefon nömrələri, müxtəlif şifrələr və kart məlumatlarını cihazdan silməyi unudan kəslər zərər çəkirlər. Pis niyyətli kəslər mobil telefonunu satın aldığı kəslərin hesablarında istədiklərini çox rahat bir şəkildə edə bilirlər. Bir çox adam mobil telefonunu satdıqdan sonra hesablarından xəbərsiz dəfələrlə pul çəkildiyini şikayət edir.
2. IMEI nömrəsinə diqqət: Mobil telefonunuzu satarkən mütləq satış sənədi təşkil edin və sənəddə IMEI nömrəsinin doğru yazıldığından əmin olun. Satış sənədi tənzimləmədən, alıcını tanımadan mobil telefonunu satan kəslərin IMEI nömrələri sui-istifadə edilir. Fırıldaqçılar bu telefonları satın aldıqdan sonra saxta şəxsiyyətlə ya da açıq xətt götürərək həmin şəxsin telefonunu fırıldaqçılıq kimi qeyri-qanuni hadisələrdə istifadə edirlər. Belə bir vəziyyətdə IMEI deyilən elektronik şəxsiyyət məlumatından hərəkətlə mobil telefonu satan adam tapılır və günahlandırılan telefonunu satan adam olur. Mobil telefonunun bu cür hadisələrdə istifadə edildiyini şikayət edən çox insan var.
3. Sosial şəbəkə hesablarınızı silin: Mobil Telefonu həyatının hər sahəsində istifadə edən kəslər telefonlarına ictimai şəbəkələri əlavə edir, lakin satarkən bu hesabları silməyi unudur. Bu hesablar telefonu satın alan adam tərəfindən müəyyən məqsədlər üçün istifadə edilə bilir. Həm xüsusi mesajlardan xüsusi məlumat və hesab məlumatlarını tapırlar, həm də telefonunu satan adamın yoldaşları ilə həmin şəxsmiş kimi söhbət edib pul istəyə bilirlər. Telefonunuzla girdiyiniz bütün sosial şəbəkələr, e-mail hesabları, şirkət və bank hesablarınıza aid şifrələr və qeyd dəftəri, şifrə saxlayıcı, səsli qeyd və s. tətbiqlərdəki bütün məzmunların silindiyinə əmin olmalısınız.
4. Fotoşəkil və videoları silməyi unutmayın: Mobil telefondakı şəkil və video kimi vizual fayllar silinməli. Bir çox pisniyyətli kəslər cib telefonunu satan kəslərin xüsusi fotoşəkil və videolarını internetdə, ya da başqa platformalarda paylaşa bilir. Telefonundakı görüntülərin xəbərsiz paylaşıldığını şikayət edənlər də kifayət qədərdir.
5. Kabelsiz internet əlaqələrini silin: Telefonunuzla girdiyiniz kabelsiz internet əlaqələrini silməyi unutmayın. Mobil telefondakı qeydli kabelsiz şəbəkə məlumatlarına çatan pisniyyətli kəslər heç də xoş olmayan məqsədlər üçün bu əlaqələrdən istifadə edə bilirlər. Həmçinin ağıllı mobil telefon istifadəçiləri, telefonlarını satmadan əvvəl online mağaza hesablarını mütləq silməlidirlər. Çünki hesablarının istifadə edildiyini şikayət edənlərin sayı da heç az deyil.
FUAD




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir
20.08.2019
Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
20.08.2019
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20.08.2019
Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info