Gənc dizaynerlərin uğurlu addımları
Tarix: 09.04.2013 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


Respublikamızın nüfuzlu ali təhsil ocaqlarından olan, yüksək ixtisaslı memar, inşaatçı mühəndis və iqtisadçılar hazırlayan Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrin istedad və bacarığının üzə çıxarılması, yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədilə maraqlı tədbirlər həyata keçirilir.
Universitetin Dizayn və Memarlıq layihələndirilməsi və şəhərsalma kafedralarının bu günlərdə Memarlıq fakültəsinin tələbələri arasında keçirdiyi yaradıcılıq müsabiqəsi də yaddaqalan hadisələrdən olub. Müsabiqə 4 mövzu - “Şəhər fraqmentinin mühit dizayn həlli”, “İctimai bina interyerlərinin dizayn həlli”, “Firma üslubu təşkilatın qrafik təqdimat kompleksi”, “Müasir məktəb layihəsi” mövzuları üzrə, “Gündən-günə gözəlləşən şəhərimizi gənclər necə görmək istəyir, hansı yeni layihələri ilə onu daha da müasir və baxımlı etmək arzusundadırlar?” devizi altında keçirilib. Tələbələr müsabiqəyə forma, üslub və dizayn baxımından bir-birindən maraqlı və düşündürücü işlər təqdim ediblər. Dosent Zahidə Məmmədovanın sədrlik etdiyi müsabiqə komissiyası hər bir layihəni ayrı-ayrılıqda diqqətlə nəzərdən keçirib hərtərəfli müzakirə edərək, hər bir mövzu üzrə qalibi müəyyənləşdirib. Qaliblər fəxri diplom və pul mükafatına layiq görülüblər.
“Şəhər fraqmentinin mühit dizayn həlli” mövzusu üzrə - III kurs tələbəsi Sevda Mikayılova, “İctimai bina interyerlərinin dizayn həlli” mövzusu üzrə - III kurs tələbəsi Fatimə Cabbarlı, “Firma üslubu təşkilatın qrafik təqdimat kompleksi” mövzusu üzrə - IV kurs tələbəsi Ədilə Tahirova, “Müasir məktəb layihəsi” mövzusu üzrə - III kurs tələbəsi Üzeyir Qasımov müsbiqənin qalibi olublar.
Hər mövzu üzrə layihələri bəyənilən iki tələbə isə uğurlu iştirakçı kimi mükafatlandırılıb.
Müsabiqə qaliblərindən biri-Fatimə Cabbarlı ümumən ölkəmizdə həyata keçirilən gənclər siyasətinin həmyaşıdlarının yaradıcılıq potensialının tam açılmasına xidmət etdiyini vurğulayaraq deyib: “Ölkə Prezidenti İlham Əliyev son illər gənclərə layiq olduqları imkanlar səviyyəsində geniş meydan verilməsinə, onların zəruri tələbat və ehtiyaclarının ödənilməsinə xüsusi diqqət yetirir. Dövlət başçısının bu çevik sosial zümrəyə qayğısı ulu ğndər Heydər Əliyevin möhkəm təməllərlə əsasını qoyduğu gənclər siyasətinin məntiqi davamıdır. Hazırda gənclərin peşə hazırlığı ilə bağlı məsələlər çox aktualdır. Xüsusilə ölkəmizin iqtisadi, siyasi, mədəni və digər sahələrdə artan indiki inkişaf dinamikası yeni yaradılan sahələrdə peşəkar kadrların hazırlanmasını tələb edir. Beynəlxalq aləmdə Azərbaycanın adını dünya arenasına tanıtmaq bugünkü gənclərin ən ümdə vəzifələrindən biridir. Məhz bunun nəticəsidir ki, peşəkar kadrlar hazırlayan təhsil ocaqlarında istedadlı gənclərin üzə çıxarılması, onların əl işləri ilə tanışlıq məqsədi ilə tez-tez maraqlı müsabiqələr, tədbirlər, olimpiadalar keçirilir”.
Fatimə müsabiqə qalibi kimi böyük sevinc və fərəh hissi keçirdiyini bildirib və qeyd edib: “Sevib-seçdiyimiz peşədə ilk uğurlu addımlarımızla əziz müəllimlərimizin bizə çəkdiryi zəhməti doğrultmağa çalışırıq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı isə bizim hər birimizin yaradıcılıq həvəsini daha da gücləndirir və bizi yeni layihələr üzərində daha əzmlə işləməyə sövq edir. Gələcəkdə layiqli övladlar kimi dövlətimizə və xalqımıza sədaqətlə xidmət etmək bizim ən uca amalımızdır!”
Fatiməyə və dostlarına dərslərində və yaradıcılıq fəaliyyətlərində yeni uğurlat arzulayırıq!




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
DSMF-nin büdcəsinə edilən dəyişiklik təsdiqləndi
12.08.2020
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni “London taksi“ləri ilə tanış olub
12.08.2020
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM
12.08.2020
Pandemiyadan zərər çəkmiş bu şəxslərə təkrarən yardımların verilməsinə başlanıldı
12.08.2020
Prezidentin köməkçisi: “Metsamor AES ilk növbədə elə Ermənistanın özü üçün böyük təhlükə mənbəyidir”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info