“Fərmandan irəli gələrək şəffaflıq tam təmin olunacaq” -ŞƏRH
Tarix: 24.01.2017 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.
Hafta.az xəbər verir ki, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.
Nazirlər Kabinetinə bu fərmanda göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək, Prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti isə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etməlidir.
Millət vəkili Hikmət Babaoğlu Prezident İlham Əliyev tərəfindən köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsini qaçqın və məcburi köçkünlərin çoxdan gözlədiyi bir qərar olduğunu deyib. O, qeyd edib ki, ölkə başçısı hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır, əhalinin aztəminatlı təbəqəsi kimi onların problemlərinin həllində daha optimal mexanizm və yolları tətbiq edir:
“Qaçqın və məcburi köçkünlərin aylıq müavinətlərinin pərakəndə olaraq müxtəlif formalarda və vasitələrlə köçürülməsi bəzi hallarda o yardımların həmin şəxslərə operativ şəkildə vaxtında çatmasına müəyyən bürokratik əngəllər yarada bilərdi. Ona görə də belə mümkün halların olmaması üçün cənab prezident tamamilə doğru qərar qəbul etdi ki, aylıq müavinətlər birbaşa onların öz hesablarına köçürülsün. Düşünürəm ki, bu, Azərbaycanda sosial təminata ehtiyacı olan təbəqənin həm hüquqlarının qorunması, həm də birbaşa xidmətin təşkili ilə bağlı yeni bir addımdır. Çünki xidmət nə qədər birbaşa olarsa, həm aylıq müavinətlər bir o qədər ünvanına tez çatar, həm də daha effektiv olar. Bu məsələlər bir fərmanla həll edildi. Cənab prezident Azərbaycanda sosial dövlət fəlsəfəsinin hüquqla nə qədər tamamlandığını bir daha göstərmiş oldu”.
Mövzunu şərh edən iqtisadçı-ekspert Qalib Toğrul deyir ki, fərman şəffaflıq baxımından çox gərəklidir:
“Məlum olduğu kimi, məcburi köçkünlər üçün ayrılan güzəştlər “çörəkpulu” istisna olmaqla əvvəl kommunal xidmət göstərən ayrı-ayrı qurumların balansına köçrülürdü. Həmin dövlət qurumlarında isə bu vəsaitlərin uçotu şəffaf aparılmırdı. Bəzən bir ailədə həmin kommunal limitlərin çoxu istifadə olunmamış qalırdı və digərlərinin borclarının silinməsinə sərf olunduğu barədə faktlar var idi. İndi isə fərmandan irəli gələrək şəffaflıq tam təmin olunacaq”.
Ekspertə görə, bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün müəyyən edilən 36 manat məqbul məbləğdir: “Çünki elə əvvəlki limitləri toplayanda da təxminən elə bu məbləğ edir, ona görə hər hansı narazılıq ola biləcəyi mümkün deyil. Şəffaflıq baxımından çox düzgün yanaşmadır”.




 
Bölməyə aid digər xəbərlər
21.02.2020
DTX Neftçala rayonunda vəzifəli şəxslərlə bağlı keçirilən əməliyyat barədə məlumat yayıb
21.02.2020
Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək
21.02.2020
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi İsrail səfiri ilə görüşüb
21.02.2020
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
21.02.2020
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info