Almaniya Trampın siyasətinə dəstək verməyəcək
Tarix: 24.01.2017 | Saat: 20:54:00 | E-mail | Çapa göndər
Müdafiə naziri: “Nüvə silahlarının azaldılması - sanksiyaların zəifləməsi" tezisi öz effektini itirib”

Almaniya Müdafiə Nazirliyinin rəhbəri Ursula fon der Lyayen bəyan edib ki, ölkəsi nüvə silahlarının azaldılması müqabilində Rusiyaya qarşı qadağaların zəiflədilməsi ilə bağlı ABŞ-ın yeni administrasiyasının mövqeyinə dəstək verməyəcək.
Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qeyd etmişdi ki, Moskva ilə nüvə silahlarının azaldılması ilə bağlı müqavilə imzalanarsa, sanksiyalar ləğv ediə bilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində qaldırılmış məsələni mümkün olmayan məsələ kimi dəyərləndirib. İndi isə Almaniya Trampın bu siyasətinə qarşı mövqe ortaya qoyub. “Bildiyimiz kimi, Ukrayna bir çox illər bundan əvvəl Rusiya tərəfdən yazılı zəmanət verilə biləcəyi təqdirdə, nüvə silahlarından qurtarmaq barədə razılıq vermişdi.

Merkel:
“Almaniyanın birləşməsi, “soyuq müharibənin” bitməsindən 25 il sonra dünya yeni tarixi dövrə qədəm qoyur”


Lakin bu razılaşma sonradan Krım məsələsi ilə bağlı pozuldu. Elə buna görə də “nüvə silahlarının azaldılması - sanksiyaların zəifləməsi" tezisi öz effektini itirib” - deyə almaniyalı nazir BBC-yə deyib. Müxbirin “Almaniya dövləti bu təşəbbüsə dəstək verirmi?” -sualına isə nazirin cavabı belə olub: “Əlbəttə ki, yox. İlk olaraq Minsk razılaşması icra edilməli, daha sonra isə sanksiyaların yüngülləşdirilməsinə baxmaq olar”. Almaniya kansleri Angela Merkel isə bəyan edib ki, dünya yeni bir tarixi dövrə qədəm qoyur: “Fikrimcə, Almaniyanın birləşməsi, “soyuq müharibə”nin bitməsindən 25 il sonra dünya yeni tarixi dövrə qədəm qoyur. Lakin biz problemlərin həllində qütbləşmə və populizmə arxalanaraq, heç nəyə nail ola bilməyəcəyik”. Bundan əvvəl Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib ki, Donald Trampın ABŞ prezidenti seçilməsi 20-ci əsrin dünya quruluşuna son qoyub. Maraqlıdır ki, Almaniya ilə ABŞ-ın yeni administrasiyası arasında soyuqluq artdığı bir vaxtda Britaniya vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Məlum olub ki, Britaniya ABŞ-la iqtisadi əməkdaşlıq üzrə məsləhətləşmələrə başlamağa hazırlaşır. Artıq britaniyalı baş nazir Tereza Meyin ABŞ-a rəsmi səfərinin vaxtı məlum olub. Yanvarın 27-sinə təsadüf edəcək səfərdə iki ölkə arasında əsas mövzular kimi Avropa Birliyi və NATO ilə əməkdaşlıq, Rusiya ilə münasibətlər, iki ölkə arasında yeni ticarət razılaşması, eləcə də “Brexit” məsələsinin müzakirə ediləcəyi bildirilir. Ekspertlər qeyd edirlər ki, London Vaşinqtonla Almaniya və ümumiyyətlə, Avropa Birliyinin maraqlarının əleyhinə olan danışıqlara gedir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Nağd pula ehtiyac olmayacaq
20.10.2017
Suriyaya nəzarət uğrunda savaş: Şoyqunu İsrailə aparan səbəb
20.10.2017
Patrik Fyuri: “Azərbaycan ABŞ üçün regionda önəmli müttəfiqdir”
19.10.2017
Tillerson Bağdadın Kərküklə bağlı fəaliyyətini dəstəkləyib
19.10.2017
NATO-nun Balkanları işğal planı: sırada Makedoniya və Bosniya və Hersoqovina var

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7540

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Yollar qovuşanda...
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info