Ermənistan borca görə “Nairit” zavodunu da “Rosneft”ə bağışlayır
Tarix: 09.04.2013 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Rusiyanın neft nəhəngi “Rosneft”in rəhbəri İqor Seçinin başçılıq etdiyi nümayəndə heyəti İrəvana səfər edib. Maraqlıdır ki, onun səfəri və nümayəndə heyətinin üzvləri ilə bağlı rəsmi məlumat əldə etmək mümkün deyil. Sərkisyan administrasiyası səfərlə bağlı heç bir informasiya yaymayıb. Sadəcə rəsmi qurumlar Seçinin Ermənistanın baş naziri ilə görüşü ilə bağlı xəbər yaymaqla kifayətləniblər. Seçinin səfərinin belə sirr pərdəsi ilə örtülməsinin arxasında gizli məqamlar dayanır ki, Sərkisyan administrasiyası bu məqəmların aşkara çıxmasını istəmir.
Ermənistan mətbuatı yazır ki, Seçinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibi çox geniş olub. Əvvəlcədən belə bir informasiya yayılıb ki, Seçinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində neft-qaz şirkəti olan “İtera”nın direktoru İqor Makarov da olacaq. Amma sonradan heyətdə dəyişiklik olub və Makarovu şirkətdə rəhbər vəzifədə çalışan və vaxtilə Ermənistanın energetika naziri olmuş Qaqik Martirosyan əvəzləyib. Bildirilir ki, Martirosyan Rusiya-Ermənistan münasibətlərinin gizli qalan məqamlarında həlledici rol oynayan şəxsdir. Borc içində üzən “Nairit” zavodunun da “İtera”nın balansına verilməsi prosesi də məhz Martirosyanın vasitəçiliyi ilə həyata keçirilir. Ermənistanın rəsmi mətbuatında yayılan çox qısa məlumatda tərəflərin görüşündə “Nairit”lə bağlı məsələnin müzakirə edilməsi ilə əlaqədar bir cümlə belə olsun, xəbər verilməyib. “Rosneft” şirkətinin saytında isə bildirilir ki, Seçin işgüzar səfər çərçivəsində İrəvanda köhnə neftkimya zavodu olan “Nairit”də olub və Ermənistanın enerji və təbii ehtiyatlar naziri Armen Movsisiyanla müvafiq danışıqlar aparıb. Ermənistan mətbuatında yayılan məlumatlarda qeyd edilir ki, Rusiya nümayəndə heyəti hava limanından birbaşa “Nairit” zavoduna baş çəkdikdən sonra Sərkisyanın rezidensiyasına üz tutublar. Bu fakt bir daha təsdiqləyir ki, Seçinin səfərinin əsas qayəsini “Nairit” təşkil edir. Əslində 2006-cı ildən bəri davam edən qalmaqal “Nairit”in gələcək taleyinə aydınlıq gətirilməsi baxımından əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, həmin il Rusiyanın Ermənistan hökuməti ildə maliyyə münaqişəsi yaranıb. Bunun əsas səbəbi budur ki, 2006-cı il avqust ayının 18-də Ermənistanın Milli Bankı şirkətin səhmlərinin 90 faizini offşor zonada qeydiyyatdan keçən “Rhinoville Property Limited” şirkətinə satıb. Bu şirkət isə “Nairit”in səhmlərinin 50 faizini MDB Dövlətlərarası Bankına yatıraraq 70 milyon dollar kredit alıb. Bu bankın səhmlərinin 50 faizi isə Rusiya tərəfinə məxsusdur. Həmin kreditin 39 milyon dolları Ermənistan büdcəsinə yönəldilib, məbləğin qalan hissəsinin taleyi məlum deyil. Bu azmış kimi “Nairit” 2009-cu ildə həmin bankdan 90, bir il sonra daha 10 milyon dollar kredit alıb. Bu illər ərzində Rusiyaya olan əsas borc 175 milyon, faiz borcu isə 25 milyon dollara yüksəlib. Dövlətlərarası Bank borcu geri almaq üçün Moskva Arbitraj Məhkəməsinə müraciət edib. Məhkəmənin növbəti iclası mayın 14-də keçiriləcək. Ermənistan mətbuatı tərəflər arasında gizli razılaşmanın olacağını istisna etmir. Buna baxmayaraq, mayın 14-nə təyin olunan məhkəmə Ermənistan hökumətinin başının üstündə saxlanılan “dubinka” rolunu oynayır. “Rosneft” rəhbərinin İrəvan səfərində bu məsələnin gizli şəkildə müzakirə edildiyi bildirilir. Tərəflər razılıq əldə etdiyi halda Ermənistan hökuməti “EvrAzES” fondundan 400 milyon dollar kredit götürəcək. Bu kreditin ilk tranşı “Nairit”in borclarının ödənməsinə yönəldiləcək. Əks halda “Nairit” müflis olacaq və Rusiya mayın 14-nə təyin olunan məhkəmə vasitəsilə 200 milyon dollar borcunu geri alacaq. Ermənistan mətbuatında yayılan bu məlumatlardan da aydın görünür ki, İrəvan hökuməti ölkəni düşdüyü borc bataqlığında batırmaqda qərarlıdır. Onsuzda ölkənin əsas müəssisələri bütünlüklə Rusiyanın nəzarəti altındadır. Rusiya şirkətləri Ermənistanın ağır vəziyyətindən istifadə edərək aşağı faizlə kreditlər ayırırlar. Ruslar yaxşı bilir ki, kriminal-oliqarx Sərkisyan hakimiyyəti bu borcu qaytarmaq iqtidarında deyil. Ona görə də bu yolla Ermənistanın əsas strateji zavod və müəssisələrini ələ keçirməklə məşğuldurlar. Bir ölkənin ki əsas enerji sistemi xarici dövlətin nəzarəti altındadır, o dövlət hansısa müstəqillikdən danışa bilərmi? İndi də sıra “Nairit” zavodundadır. Bu zavodun fəaliyyətinə görə 200 milyon dollar borc alan Ermənistan rəhbərliyi bu borcu qaytarmaq əvəzinə Rusiyadan əlavə 400 milyon dollar da borc alır. 200 milyon dolları qaytara bilməyən Ermənistan indi 600 milyon dolları necə geri qaytaracaq? Ermənistan kimi kasıb bir dövlət üçün 200 milyon dollar kifayət qədər yüksək məbləğdir və işğalçı ölkə bu qədər vəsaiti qaytarmaq iqtidarında deyil. Nəzərə almaq lazımdır ki, Ermənistan rəhbərliyi aldığı kreditin çox cüzi hissəsini əsas məqsəd üçün xərcləyir. Kreditin böyük bir hissəsi Sərkisyan aliəsinə daxil olan şəxslərin şəxsi bank hesablarına yönəldilir. Elə “Palitra” qəzeti olaraq dəfələrlə “Nairit” zavodunun fəhlələrinin aylardır əməkhaqlarını ala bilmədikləri üçün tətil keçirmələri ilə bağlı xəbərlər yaymışıq. Alınan kredit şəxsi ciblərə getdiyi üçün işçilər maaşlarını ala bilmirlər. İndi isə 600 milyon dollar borcun altına girən Ermənistan bununla da “Nairit”i “Rosneft”ə bağışlamağa start verib.
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Türkiyədən xaricə avtomobil satışında rekord artım
22.08.2019
Gürcüstanda meşə yanğınının miqyası genişlənib
22.08.2019
Metroda 10 vaqondan ibarət iki qatar xəttə buraxılıb
22.08.2019
Goranboyda zəlzələ olub
22.08.2019
Böyük Britaniya Rusiya prezidenti haqda film çəkəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info