Bakı Forumu dünya mətbuatının diqqət mərkəzində
Tarix: 09.04.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) Türkiyənin nüfuzlu kütləvi-informasiya vasitələrinin diqqət mərkəzindədir. Bakıdan hər saat canlı reportajlar yayımlayan Türkiyənin “Kanal 7” televiziyasının “Haber 7” internet saytında yerləşdirilmiş “Əliyev Azərbaycan ilə bağlı bütün məlumatları açıqladı” başlıqlı xəbərdə bildirilir ki, Azərbaycan Prezidenti Dünya İqtisadi Forumunun açılışındakı çıxışında son 10 ildə Azərbaycanın sürətli sosial və iqtisadi inkişafı ilə əlaqədar faktları açıqlayıb. Azərbaycan dövlətinin başçısı bildirib ki, aparılmış ardıcıl islahatlar nəticəsində işsizliyin səviyyəsi 2,5 faizə, inflyasiya 1 faizə, yoxsulluq isə 6 faizə düşüb.
Digər nüfuzlu televiziya kanalları - “SkyTürk”, NTV, CNNTürk, BloombergHT, “24 Haber” Bakıdan operativ xəbərlər verib, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldızın Dünya İqtisadi Forumundakı çıxışlarının xülasəsini yayımlayıblar. Türkiyənin “Anadolu”, “Cihan” və “İhlas” xəbər agentliklərinin internet saytlarında da Bakıda keçirilən Dünya İqtisadi Forumundan xəbərlər və fotoşəkillər yerləşdirilib. Bu xəbərlər “Hürriyyət”, “Milliyyət”, “Zaman”, “Star” və digər qəzetlərin də ən mühüm informasiyaları arasında yer alıb. Bütün xəbər və reportajlarda bu mötəbər Forumun Azərbaycan paytaxtında keçirilməsinin ölkəmizin regionun və dünyanın nüfuzlu dövlətinə çevrildiyinin göstəricisi olduğu vurğulanıb. Almatıdakı “turkelpress.com” internet resursunda Bakıda Dünya İqtisadi Forumunun keçirilməsi ilə bağlı AzərTAc-ın materialları yerləşdirilib. Materialda Azərbaycan Prezidentinin Forumda çıxışının tam mətni verilib.
İnternet qəzetdə, həmçinin Forumda Qazaxıstanın Baş nazirinin birinci müavini Bakitjan Saqintayevin, Rusiyanın VTB Bankının sədri və icraçı direktoru Andrey Kostinin, Qırğızıstan Baş nazirinin birinci müavini Comard Otorbayevin, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldızın çıxışları, sonra keçirilən diskussiya və müzakirələrin mətnləri də yer alıb. Birləşmiş Ərəb Əmirliklərində nəşr olunan “Gulf News” qəzetində Bakı Forumu ilə bağlı “Azərbaycan investorları cəlb etməkdə maraqlıdır” sərlövhəli məqalədə dərc edilib. Bu ölkənin “Al-Bayan” qəzetində “Bakıda keçirilən Davos Forumu Cənubi Qafqaz və Mərkəzi Asiyada gözəl fürsət axtarışında” sərlövhəli məqalə dərc edilib. Məqalədə bildirilir ki, Forumun ilk iclasında “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyinə baxışlar” mövzusunda çıxış edən Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab deyib ki, Azərbaycanın nadir coğrafi mövqeyi və əlverişli iqlimi bu ölkənin digər dövlətlərlə əməkdaşlığı üçün uğurlu imkanlar yaradıb. Qəzet yazır ki, forumun Bakıda keçirilməsi Azərbaycan iqtisadiyyatının sürətli inkişafının əyani göstəricisidir. Məqalədə deyilir: “Bakıda keçirilən Dünya İqtisadi Forumu regionun gələcəyi üçün əsas çağırışlar və imkanların qiymətləndirilməsində regional və qlobal güclərin əlaqələndirilməsi üçün mühüm platformadır. Bu tədbir Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında əməkdaşlıq və inteqrasiyanın inkişafına kömək edəcək. Forum çərçivəsində regionda uzunmüddətli inkişafa nail olmaq üçün meyillər və geniş istiqamətlər müəyyən edilib”.
ANAR




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub
18.08.2019
Türkiyə avtomobil sektoru ilin ən yüksək ixracat rəqəminə çatdı
18.08.2019
Türkiyə bu mövzuda BMT-ni daha aktiv olmağa çağırdı
18.08.2019
İŞİD Kabildə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
18.08.2019
Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info