“Müxalifət dağınıq və çoxlu namizədlə seçkiyə gedir”
Tarix: 09.04.2013 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


Sərdar Cəlaloğlu: “İsa Qəmbər və onun partiyasının hara işləməsi ilə bağlı adekvat və daha sərt ittihamlar müxalifət düşərgəsində, mediada tez-tez səsləndirilir”

“Müxalifət hazırda parçalanmış durumdadır və konfliktlər içindədir. Bunu azaltmaq üçün ümumi görüşlərə və müzakirələr ehtiyac var”. Bu barədə “Palitra”ya Azərbaycan Demokrat Partiyasınnı sədri Sərdar Cəlaloğlu bildirdi. O, son zamanlar bir neçə müxalif partiya ilə birgə müxalifətin ümumi və yeni məqsədlərə hesablanmış görüşünə çağırdıqları barədə dedi ki, bu görüşdə iştirak barədə müxalifət partiyaları müsbət cavab veriblər:

“Bu gün müxalifətin çoxlu problemləri var, müxalifət bu problemləri birgə müzakirə etməli, bununla bağlı fikir mübadiləsi aparılmalıdır. Bu baxımdan müxalifət nümayəndələrinin, partiya və qurumlarının birgə təmsil olunması ilə bağlı bir görüş keçirməyi planlaşdırırıq. Müxalifət partiyalarından bu görüşə qatılacaqlarını deyiblər. Bu gün müxalifət seçki ilə bağlı birləşmək, vahid namizədlə seçkidə çıxış etmək məsələsini həll etməyə nail olmadı. Müxalifət hazırda seçkiyə müxtəlif namizədlərlə və dağınıq halda gedir. Eyni zamanda müxalifətdə qarşılıqlı ittihamlar da artıb. Bir-birilərini bəyənməyənlər, bir-birilərini ittiham edənlərin bir araya gəlib bu məsələləri çözməsi lazımdır. Kimin kimi agent adlandırmasından asılı olmayaraq Azərbaycanda hər bir siyasi qüvvənin mövcud olmasına, fəaliyyət göstərməsinə konstitusion hüququ var. Bu baxımdan heç kim heç kimi çıxdaş edə bilməz. Buna görə də biz belə düşündük ki, bütün siyasi qüvvələri bir araya gətirib bölgədə, daxildə və xaricdəki siyasi vəziyyəti müzakirə edək. Təbii ki, müxtəlif bloklar var. Bu bloklarda siyasi partiyalar müxtəlif qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir və sair. Bu partiyaların və qurumların bir araya gəlməsi lazımdır ki, vəziyyəti şərh etsinlər. Konfliktologiya elmi göstərir ki, konfliktlərin meydana gəlməsinin əsas səbəblərindən biri problemlərin birgə çözülməməsindən irəli gəlir. Yəni ayrı-ayrılıqda hamısı müxalifətdə çıxışlar edir, qarşılıqlı ittihamlar yağdırırlar və problemlərə baxışlarda fərqli mövqelər ortaya qoyurlar. Bu da sonda müxalifətdaxili konfliktlərin güclənməsinə aparıb çıxarır. Avma bütün problemlər və məsələlər birgə nəzərdən keçirilsə, edilsə, konfliktlər də olmaz. Bu cür görüşlərin keçirilməsini ona görə vacib hesab edirik”.
Cəlaloğlunun müxalif partiyaların bir-birilərini ittiham etməsi və “agent” adlandırmasını deməsi Müsavat başqanı İsa Qəmbərin “müxalifətdə bir qisim partiyalar hakimiyyətə, bir qisim Rusiyaya, bir qiism də İrana işləyir” intihamı ilə əlaqədar ola bilərmi? S.Cəlaloğlu dedi ki, onun bu fikrinin İsa Qəmbərlə heç bir bağlılığı yoxdur: “Əslində isə İsa Qəmbər və onun partiyasının hara işləməsi ilə bağlı adekvat və daha sərt ittihamlar müxalifət düşərgəsində, mediada tez-tez səsləndirilir. Bu cür açıqlamalar verən partiya sədrləri müxalifətdə konfliktləri daha da dərinləşdirirlər. Ona görə də problemlərə birgə baxış üçün ümumi görüşün keçirilməsi zərurətə çevrilib”.
S.Cəlaloğlu son zamanlar elmi kitab yazdığı və elmi-sosioloji, siyasi sahəyə aid bir neçə kitab ortaya qoyduğunu da bildirdi. O, qeyd etdi ki, bu sahəyə aid çap edilmiş kitabı Almaniya kimi xarici ölkələrdən də oxucu sifarişi alıb: “Mən son zamanlar küçələrdə aksiyalara çağıran müxalif başçılardan fərqli olaraq elmi-nəzəri axtarışlarla məşğul oluram. İndi də bir elmi kitabımın ərsəyə gəlməsi üzərində işləyirəm. Düşünürım ki, bu, daha faydalı işdir, nəinki nəticəsiz aksiyalara çağırmaq. İndiyə kimi bu cür fəaliyyət göstərən müxalif partiya sədrləri nəyə nail olublar? Təbii ki, heç nəyə. Amma onlardan fərqli olaraq mənim elmi-nəzəri fəaliyyətimin real bəhrəsi olan əsərlər ortadadır”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Türkiyədən xaricə avtomobil satışında rekord artım
22.08.2019
Gürcüstanda meşə yanğınının miqyası genişlənib
22.08.2019
Metroda 10 vaqondan ibarət iki qatar xəttə buraxılıb
22.08.2019
Goranboyda zəlzələ olub
22.08.2019
Böyük Britaniya Rusiya prezidenti haqda film çəkəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info