Vətəndaşların şikayətləri dinlənilir
Tarix: 09.04.2013 | Saat: 18:21:00 | E-mail | Çapa göndər
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov cənub bölgəsinin əhatə etdiyi Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının vətəndaşları ilə Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində görüşüb, onların şikayət və təkliflərini dinləyib. Görüşdə ekologiya və təbii sərvətlər naziri H.Bağsrovla birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və bölgə rayonlarından olan 50-dən artıq vətəndaşın müraciətlərinə baxılıb. Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağls şikayət və təkliflər dinlənilib, vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması üçün qeydə alınaraq nəzarətə götürülüb. Eyni zamanda, bəzi şəxslər tərəfindən şəxsi mahiyyət daşıyan müraciətlər edilib, onlara da müvafiq kömək göstərilməsi mümkün olacağı təqdirdə nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Qeyd edək ki, belə xarakterli görüşlərin ölkənin digər regionlarında da təşkilinin davamı nəzərdə tutulur.
NIGAR




 
Bölməyə aid digər xəbərlər
23.02.2018
Standartlaşdırma üzrə milli proqram hazırlanacaq
23.02.2018
Əli Hüseynli: “Cəzaların humanistləşdirilməsi ilə bağlı qanun layihəsinə əsasən 1500-ə yaxın məhkum azad ediləcək”
23.02.2018
“Azərbaycanın İƏT ilə həyata keçirdiyi səmərəli əməkdaşlıqdan məmnunuq”
23.02.2018
İctimai iaşə dövriyyəsi 3,5 faiz artıb
22.02.2018
Bakı metrosunda maşinist kabinasında siqaret çəkmək qadağan edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8482

1 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
2 Ermənilər təlaşda: “Vəziyyət bizim üçün təhlükəli istiqamətdə dəyişir”
3 İsveçdə Azərbaycanla bağlı sərgi keçirlib
4 Qaradağlı faciəsindən 26 il ötür
5 Yeni zellandiyalı “Formula 1” həvəskarı öz ölkəsində “Bakı” kafesi açıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info