Teatr qastrol səfərindən qayıdıb
Tarix: 09.04.2013 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Akademik Milli Dram Teatrının kollektivi 4-6 aprel tarixlərində Gürcüstanda (Tbilisi) qastrol səfərində olub.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, teatr gürcü tamaşaçılarına bu dəfə xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında “Qatil” tamaşasını təqdim edib.
K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının səhnəsində nümayiş olunan “Qatil” tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, səhnə tərtibatçısı İlham Elxanoğlu, bəstəkarı Aygün Səmədzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur. Əsas rolları xalq artisti Səidə Quliyeva (qonşu), əməkdar artistlər Münəvvər Əliyeva (qadın), Elxan Quliyev (polis) və aktyor Hikmət Rəhimov (oğlan) oynayıb.
Qeyd edək ki, “Qatil” tamaşasının mövzusu tənhalıqdır. Tamaşanın süjeti tənha kimya müəlliməsinin faciəli həyatı üzərində qurulub. Saxtakar, yalançı, fırıldaqçı oğlan başı ancaq şagirdlərinə qarışan, tənha, yaşı ötmüş, sevgi gözləyən müəllimənin həyatına girir. O, yalanlarla saf qadının təmiz hisslərinin qatili olur. Müəllimənin evini və ürəyini zəbt edən oğlan sonda onu qatil edir.




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
“İtirdiyim xoşbəxtlik” əsəri özbək dilində nəşr olunub
12.08.2020
Qardaşlıq münasibətlərini qoruyan mədəniyyət
12.08.2020
İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb
12.08.2020
Dünya kitabxanaları ilə bağlı videoçarxlar hazırlanıb
10.08.2020
Abay Kunanbayev bütün türk xalqlarının həmişəyaşar yaradıcılıq abidəsi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info