Sərkisyanın iqamətgahının yaxınlığında 12 nəfər həbs edilib
Tarix: 09.04.2013 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


İrəvanın Azadlıq meydanında keçirilən mitinqdə Raffi Ovannisyanın tərəfdarları öz andiçmə mərasimini - “Yeni Ermənistanın andiçmə mərasimini” keçiriblər. Mitinq iştirakçılarına konstitusiya paylanıb, onlar hakimiyyətin xalqa qaytarılması prosesinin simvolu olaraq konstitusiyaya and içiblər. Raffi Ovannisyan bütün iştirakçıları konstitusiyanı qaldıraraq onun ardınca andın mətnini təkrar etməyə çağırıb. Raffi Ovannisyan yenidən Serj Sərkisyanı və katalikos II Qaregini xalqdan üzr istəməyə çağırıb. Daha sonra mitinq iştirakçıları İrəvan küçələrində yürüşə başlayıblar. Onların bəziləri prezident iqamətgahının qarşısına getməyi təklif edib və məqsədlərinə çatmaq üçün hər şeyə hazır olduqlarını bildiriblər. Raffi Ovannisyan isə prezident iqamətgahı qarşısına toplaşmaq ideyasına qarşı çıxıb. “Armenia Today” saytı Ermənistan Amerika Universitetinin yanına əsgərlərlə dolu avtobusların gətirildiyi barədə məlumat yayıb. Aksiya iştirakçılarını bir qrupu prezident iqamətgahının yaxınlığına gələrək «Raffi-prezident» deyə qışqırıblar. Polis dərhal onları həbs edib. Həbs olunanların sayının 12 nəfər olduğu və onların arasında Saro Saroyan, Kren Arutyunyan və Mariam Suxudayan kimi fəalların olduğu bildirilir. Şahidlərin bildirdiyinə görə, polis aksiya iştirakçılarının iqamətgahın yaxınlığında 10 dəqiqədən çox qalmasına imkan verməyərək onlara qarşı zor tətbiq edib.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub
18.08.2019
Türkiyə avtomobil sektoru ilin ən yüksək ixracat rəqəminə çatdı
18.08.2019
Türkiyə bu mövzuda BMT-ni daha aktiv olmağa çağırdı
18.08.2019
İŞİD Kabildə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
18.08.2019
Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info