Amerikalı konqresmen Əsədlə görüşüb
Tarix: 27.01.2017 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Tulsi Qabbard: “Suriyalılar terror qruplarını ABŞ-ın silahla təmin etməsindən narazıdır”

ABŞ Nümayəndələr Palatasının üzvü, konqresmen Tulsi Qabbardın Suriyaya səfər etdiyi və səfər çərçivəsində ölkə prezidenti Bəşər Əsədlə görüşdüyü məlum olub. Konqresmen özü mətbuata açıqlamasında bu haqda məlumat verib.
Onun sözlərinə görə qarşılıqlı söhbət zamanı mülki məsələlər, həmçinin Vaşinqtonun suriyalı terrorçuları silahla təminatı məsələsinə də toxunulub. Konqresmen CNN telekanalına verdiyi müsahibədə qeyd edib ki, Suriya səfərində ölkə prezidenti Bəşər Əsədlə hər hansı bir görüş planlaşdırılmayıb. Amma sonradan belə bir şans yaranıb və konqresmen də bundan istifadə edib: “Siz Bəşər Əsəd barədə nə düşünürsünüzsə, düşünün, lakin məlum olan fakt budur ki, o, Suriyanın prezidentidir. Məhz bu mənada sülh yaratmaq üçün hər bir şansdan yararlanmaq baxımından onunla dialoq aparmaq vacibdir. Artıq bundan sonra Əsəd hakimiyyəti ilə necə davam edəcəklərini suriyalılar özləri müəyyən edəcəklər”. ABC xəbər verir ki, Donald Tramp administrasiyasında dövlət katibi postuna iddiaçı olmuş xanım konqresmen Suriyada yerli sakinlərlə də həmsöhbət olub. Konqresmenin sözlərinə görə, yerli sakinlər daha çox ABŞ dövlətinin Suriyadakı terror qruplarını silahla təmin etməsindən gileyləniblər. Qabbard da ölkəsini terror qruplarına silah verdiyi üçün tənqid edib. Konqresmen qeyd edib ki, suriyalıların “mülayim müxalifət”lə bağlı anlayışı yoxdur. Onlar hesab edirlər ki, Əsəd rejiminin devrilməsi yolverilməzdir. Çünki bu halda onun yerini "Əl-Qaidə" və ya onun digər terror təşkilatları tutacaq. Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obama administrasiyasının rəsmi mövqeyi belə idi ki, Suriyada sülhə nail olmaq üçün Bəşər Əsəd hakimiyyətdən getməlidir. Lakin əvvəlki administrasiyadan fərqli olaraq Donald Tramp Suriya məsələsində bir qədər fərqli mövqe nümayiş etdirir. Trampa görə, terrorizmlə mübarizə Suriyada bir nömrəli vəzifədir və Əsədin gələcək taleyi elə gələcəkdə müəyyən edilə bilər. Rusiya isə dəfələrlə açıqlayıb ki, Suriya münaqişəsini Əsədin iştirakı olmadan həll etmək mümkün deyil.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info