“Azərbaycanın inkişafı dünya miqyasında nadir bir göstəricidir”
Tarix: 10.04.2013 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


“Azərbaycan təkcə Avropa və qonşu ölkələr üçün deyil, həm də bütün dünya üçün əhəmiyyətli olan bir regionda yerləşir. Azərbaycan son 20 ildə böyük uğurlara imza atıb”.
Bu sözləri Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab AzərTAc-a müsahibəsində bildirib.
Professor Klaus Şvab deyib ki, qlobal iqtisadi göstəricilər kontekstində müqayisə apararkən görürük ki, Azərbaycan çox sürətlə inkişaf edir. Ötən 10 ildə bu ölkədə ümumidaxili məhsul üç dəfə artıb: “Bu, dünya miqyasında nadir bir göstəricidir. Düzdür, bu artımın böyük bir hissəsi neftlə bağlıdır. Lakin Azərbaycan iqtisadiyyatının enerji resurslarından asılılığını aradan qaldırmaq üçün insan kapitalının stimullaşdırılması kimi zəruri islahatlar həyata keçirir. Azərbaycan dünyada 100 faizlik təhsil göstəricisinə, inkişaf edən təhsil sisteminə malik azsaylı ölkələrdən biridir. Gələcəkdə dünya istedadların rəqabəti ilə xarakterizə olunacaq. Rəqabət daha çox informasiya texnologiyaları, elm- tutumlu sahələrdə olacaq. Biz intellektual iqtisadiyyata doğru gedirik. Bu, ənənəvi ağır sənayenin xüsusi çəkiyə malik olduğu bir iqtisadiyyat deyil. Düşünürəm ki, Azərbaycan öz resurslarından əldə etdiyi imkanları iqtisadiyyatının və cəmiyyətin yeni intellektual dünya iqtisadiyyatına sürətli və hərtərəfli transformasiyası üçün istifadə edəcək. Azərbaycan çox böyük imkanların olduğu ölkədir. Ümumiyyətlə, son illər ərzində ölkədə çox böyük iqtisadi artım göstəriciləri qeydə alınıb. Bu, ilk növbədə, ölkənin müstəsna təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olub. Eyni zamanda, bu nailiyyətlər həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılıb. Azərbaycan informasiya texnologiyaları, maliyyə, tikinti sahələrində çox qabaqcıl bir ölkədir. Azərbaycanın nadir coğrafi mövqeyi, yüksək təhsil almış işçi qüvvəsi var. Buradakı sağlam mühit, ümumiyyətlə, birgə iş və əməkdaşlıq çərçivəsində çox uğurlar əldə oluna bilər”.
K.Şvab daha sonra deyib: “Sonuncu dəfə 20 il əvvəl Azərbaycanda olmuşam. Həqiqətən, deməliyəm ki, o vaxtdan bəri çox böyük dəyişikliklərin baş verdiyini müşahidə etdim. Bakı şəhəri, həqiqətən, çox gözəl bir məkana çevrilib”. Klaus Şvab Dünya İqtisadi Forumu ilə əməkdaşlıq etdiyinə, yeddi ildir ki, davamlı olaraq forumun görüşlərində fəal iştirak etdiyinə, həmçinin bu mötəbər tədbirin Bakı kimi gözəl şəhərdə yüksək səviyyədə təşkilinə, eləcə də Azərbaycanı və regionu beynəlxalq aləmdə çox gözəl təqdim etdiyinə görə Prezidentə təşəkkürünü bildirib.




 
Bölməyə aid digər xəbərlər
03.08.2020
Azərbaycan dövləti bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq
03.08.2020
Hikmət Hacıyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb
03.08.2020
MN: Ermənilər Azərbaycanın Müdafiə Nazirliyi adına saxta “twitter“ hesabı açıb
03.08.2020
Ermənistan ilə Faşist Almaniyası arasında oxşarlıqlar nədir?-VİDEO
02.08.2020
Azərbaycan diasporunun uğuru Paşinyanı öz hökumətində təmizlik aparmağa məcbur etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Leyla Abdullayeva: Təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
2 “Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır“
3 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır
4 Manqal salatı-VIDEO
5 Turizm şirkətləri hələlik müştərilərinə aviabilet sata bilmirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info