İnsan ömrü gül qədərdi...
Tarix: 03.02.2017 | Saat: 13:47:00 | E-mail | Çapa göndər


Azər Allahverdiyev |

Bəzən olur ki, düşünürəm, o düşüncələr məni ötənlərə qaytarır.
Bizim evin yaxınlığında bağca var idi, anam əlimdən tutub məni bağcaya aparardı. Bağçanın qapısından ötürüb geri dönmək istəyəndə anamın əllərini buraxmırdım ağlayırdım. Gözümü açandan evdə anamı, bir də bacımı görmüşəm, atam dünyasını dəyişibdir. Düşünürəm o, çətin zamanlarda mən valideyin olsaydım heç inanmazdım ki, bu uşaqla böyüyəcək, həyata izli addımlar atacaqlar.
Ailədə valideyinlərin birinin olmaması, o ailənin uşaqlarını böyütmək, həyata layiqli övlad yetişdirmək, düşüncələri çox çətindir. Bəzən olur ki, şair Nüsrət Kəsəmənlinin "Bizim evdə, biri vardı,biri yox" şerinə qoşulan nəğmə səslənəndə tənhalığa çəkilib göz yaşımı kipriyimin üstündə saxlayıram.
O yaşadığım illər bir göz qırpımında gəlib keçib...
İnsan doğulan bir gündən ölümə doğru bir addım atır, həyat şamdır hissə-hissə əriyir, həyat güldür səhər-səhər tərçiçəkli dərisən, zaman keçdikcə gül solur. Ancaq mənə çox müəmmalıdır ki, axı o şamı, o gülü insan düzəldir, insan ömrünü öz əli ilə əridər, ya gülə bənzədib soldurar?
Səhər-səhər bağcamızdan gül dərdim, ətrini qoxladım, məni o gül yenə ötənlərə qaytardı, o qoxu onun qoxusuydu, yenə əvvəlki, tək tərçiçək qoxuyurdu. Bağcamızdan səhər dərdiyim bir dəstə gülü suya qoyub işə getmişdim, işdən evə nahara dönəndə gördüm ki, dərdiyim güllər solub, əvvəlki qoxusu yoxdur. Artıq bir daha dərk etdim ki, insan ömrü də, gül kimidir, bir zaman tərçiçək qoxusada, zaman keçdikcə solur.
İnsan ömrü gül qədərdi.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9433

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Putin Paşinyanı alçaldıb
3 Futbol üzrə Dünya Çempionatı başladı
4 Regional geosiyasi vəziyyət müzakirə edilib
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info