Məşhur almaniyalı fotoqrafın məcburi köçkünlərimizlə bağlı fotosərgisinin açılışı olub
Tarix: 06.02.2017 | Saat: 13:12:00 | E-mail | Çapa göndər
Almaniyanın Düsseldorf şəhərinin tarixi Rheinbahn deposunda məşhur almaniyalı fotoqraf Filip Ratmerin “Evə Aparan Beş Yol” (“Five Roads Back Home”) adlı fotosərginin açılışı olub.
 
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS verilən məlumata görə, sərgi Sərbəst Fotoqraflar və Film Dizaynerlərinin Peşəkar Təşkilatı (Berufsverband Freie Fotografen und Filmgestalter – BFF) tərəfindən “Jump # 04: RAW – The Decisive Moment” sərgisinin bir hissəsi kimi təşkil edilib.
 
F. Ratmer beynəlxalq moda, həyat tərzi və reklam sahəsində nüfuz qazanmış fotoqrafdır. O, Ledi Qaqa, Kristof Voltz, Culyetta Lyuis, Jogi Lou, Luçiano Pavarotti, Daniel Brül, Vanessa Me, Jay-Z, Mixael Şumaxer kimi məşhurların eksklüziv fotoşəkillərinin müəllifidir. Onun fotoşəkilləri xüsusi işıq effektləri və hər bir şəxsin mahiyyətini tuta bilmək bacarığına görə fərqlənir.
 
Onun foto sənətinə fərqli yanaşması Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə təşkil edilmiş “Evə Aparan Beş Yol” layihəsi bir nümunədir. Bu seriyada məcburi köçkünlərin 50 fotosu təqdim olunur. Fotoşəkillərdə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün təsirli və emosional simaları qara fonda yaxın rakursdan çəkilib.
 
Bu fotoşəkillər münaqişənin qurbanı olmuş tərəflərdən birini – evlərini tərk etməyə vadar olan tərəfi göstərir. Onlar dünyanın bir çox müharibələrində məcburi köçkün olmuş insanları təmsil edirlər. Onların hamısının bir istəyi var - işğal edilmiş rayonlara aparan beş yoldan birini seçmək.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.04.2018
Ermənistanda istefalar davam edir
23.04.2018
Sarkisyan istefa verdi
23.04.2018
Qarsda elm və mədəniyyət festivalı
22.04.2018
İran ABŞ-ın sanksiyalarına cavab olaraq nüvə proqramını bərpa etməyə hazırdır
21.04.2018
Ermənistan MAQATE-nin təkliflərinə əhəmiyyət vermir

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9080

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info