Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub
Tarix: 06.02.2017 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirilən buzadırmanma üzrə X açıq Azərbaycan çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA), Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan ikigünlük yarış oğlanlar və qızlar arasında keçirilib. Çempionatda çətinlik mərhələsi üzrə təsnifat yarışını müvəffəqiyyətlə başa vuran idmançılar yarımfinala vəsiqə qazanıblar. Daha sonra final mərhələsi keçirilib.
Çətinlik növü üzrə oğlanların yarışında Rinat Rəhimxanov (“Qafqaz” idman klubu (İK), Qalib Şıxrəhimov (“Ləzə” İK) və Ramay Rəhimxanov (“Qafqaz” İK) müvafiq olaraq ilk üç sırada qərarlaşıblar.
Qızların yarışında Leyla Əhmədova (“Qafqaz” İK) birinci, Nigar Mərdanova (“Kyanite”) ikinci və Fidan Novruzova (“Qərb Universiteti”) üçüncü yeri tutublar.
Sürət növü üzrə oğlanların mübarizəsində birinci yerə “Ləzə” idman klubunun üzvü Qalib Şıxrəhimov layiq görülüb. Rinat Rəhimxanov (“Qafqaz” İK) ikinci, İlham İsrafilov (“Salavat” İK) isə üçüncü olublar.
Çempionatda komanda hesabında “Qafqaz”, “Zirvə” və “FHN” idman klubları ilk sıralarda qərarlaşıblar.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, FAIREX-in kubok və medalları təqdim olunub.
Belə yarışların keçirilməsi dağçılıq idman növləri üzrə beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edəcək milli komandanın formalaşması məqsədini güdür.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
İki idmançımız Tunisdə dünya çempionu olub
18.06.2019
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub
18.06.2019
UEFA Avropa Liqası: “Neftçi” və “Səbail” klublarının rəqibləri müəyyənləşib
18.06.2019
“Qarabağ“ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi: Albaniyanın “Partizani“ klubu
18.06.2019
Ölkəmizi uğurla təmsil etməyə çalışacam

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info