Yaponiya-ABŞ sammitinə hazırlıq
Tarix: 07.02.2017 | Saat: 20:51:00 | E-mail | Çapa göndər
Yaponiya hökuməti Baş nazir Şinzo Abe və ABŞ Prezidenti Donald Trampın cari həftədə Vaşinqtonda keçiriləcək ilk rəsmi görüşünə hazırlıq işlərini davam etdirir.
Fevralın 10-da keçiriləcək sammitdə Ş.Abe iki ölkə arasında ittifaqın möhkəmləndirilməsi üçün ABŞ Prezidentinin qəti mövqe nümayiş edəcəyinə ümid edir. Ş.Abe, həmçinin istəyir ki, D.Tramp Şərqi Çin dənizində Senakaku adalarının müdafiəsi ilə bağlı ABŞ-ın mövqeyinin dəyişməz olduğunu təsdiq etsin. Ötən həftə Yaponiyada rəsmi səfərdə olan ABŞ-ın müdafiə naziri Ceyms Mettis açıq şəkildə bildirib ki, təhlükəsizlik barədə Yaponiya-ABŞ müqaviləsi bu əraziləri də əhatə edir. Yaponiya Senakaku adalarına nəzarət edir və hökumətin qənaətinə görə, bu ərazilər Yaponiyanın ayrılmaz tərkib hissəsidir. Lakin Çin və Tayvan da həmin adalara iddialıdırlar. Vaşinqton sammiti zamanı, eyni zamanda, Ş.Abenin ABŞ-da iş yerlərinin sayının artırılması ilə bağlı fəaliyyət planını açıqlayacağı da bildirilir. Həmin plan, əsasən, infrastruktur layihələrinə investisiyaların yönəldilməsini nəzərdə tutur. D.Tramp ABŞ-ın müttəfiqlərini müdafiə xərclərinin bir hissəsini öz üzərlərinə götürməyə çağırıb. Bundan əlavə o, yapon avtomobil bazarını, maliyyə və valyuta siyasətini də tənqid edib. Yapon hökumətinin nümayəndələri D.Trampın sammit zamanı səsləndirə biləcəyi gözlənilməz ideyalarla bağlı da narahatlıq keçirirlər. Onlar sammitlə bağlı maksimum informasiya toplayaraq, buna hazır olmağa çalışırlar.




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Nağd pula ehtiyac olmayacaq
20.10.2017
Suriyaya nəzarət uğrunda savaş: Şoyqunu İsrailə aparan səbəb
20.10.2017
Patrik Fyuri: “Azərbaycan ABŞ üçün regionda önəmli müttəfiqdir”
19.10.2017
Tillerson Bağdadın Kərküklə bağlı fəaliyyətini dəstəkləyib
19.10.2017
NATO-nun Balkanları işğal planı: sırada Makedoniya və Bosniya və Hersoqovina var

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7535

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info