Süni qiymət artıranlar həbs ediləcək
Tarix: 11.04.2013 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


Bazarlarda süni surətdə qiyməti qaldıranlarla və inhisarçılığa yol verənlərlə bağlı cəzaların ciddi sərtləşdirilməsi gözlənilir. Bununla bağlı Cinayət Məcəlləsinin 199-cu maddəsinə dəyişikliklər müzakirəyə çıxarıla bilər. Layihəyə əsasən, inhisarcasına yüksək və ya inhisarcasına aşağı qiymət təyin etməklə, habelə bazarı bölüşdürməklə, bazara daxil olma imkanını məhdudlaşdırmaqla, oradan iqtisadi fəaliyyətin digər subyektlərini kənarlaşdırmaqla, vahid qiymət təyin etməklə və ya saxlamaqla inhisarçılıq hərəkətlərini etməyə görə 1000 manatdan 5000 manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə gözlənilir. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, 6 ilə qədər azadlıqdan məhrum etmə cəzası müəyyənləşəcək. Layihənin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir. Qeyd edək ki, maddənin hazırkı qüvvədə olan variantına görə, inhisarcasına yüksək və ya inhisarcasına aşağı qiymət təyin etməklə, habelə bazarı bölüşdürməklə, bazara daxil olma imkanını məhdudlaşdırmaqla, oradan iqtisadi fəaliyyətin digər subyektlərini kənarlaşdırmaqla, vahid qiymət təyin etməklə və ya saxlamaqla inhisarçılıq hərəkətlərini etməyə görə 100 manatdan 500 manata qədər cərimə və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunur.




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Yüksək bal toplayan metropolitençi övladları ilə görüş keçirilib
19.10.2018
265 nəfər müharibə əlilinə minik avtomobili verilib
19.10.2018
Bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
17.10.2018
ADRA ölkəyə xaricdən yeni reklam qurğuları gətirir
16.10.2018
Astaranın Səncərədi kəndində körpələr evi-uşaq bağçası üçün yeni bina tikilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10282

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info