“Xocalı qətliamı Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsidir”
Tarix: 21.02.2017 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


İtaliyalı senator: “Dünya ictimaiyyəti münaqişənin həlli üçün Ermənistana ciddi təzyiq göstərməlidir”
Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Azərbaycanın İtaliyadakı səfirliyi və “Espressione d`Arte” Assosiasiyasının birgə təşkilatçılığı ilə Romanın tarixi “Palazzo Brancaccio” sarayında “10 hekayə. Bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa nümayiş etdirilib.
Tamaşa Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın ideya müəllifi olduğu “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr əsasında hazırlanıb. Tədbirə İtaliyanın dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, İtaliyada akkreditə olunan diplomatik korpusun təmsilçiləri, ölkənin mədəniyyət, elm, akademik dairələrinin tanınmış şəxsləri, jurnalistlər də daxil olmaqla ümumilikdə 250-dən çox tamaşaçı qatılıb. Əvvəlcə tədbir üçün hazırlanmış “Qarabağın səsi” adlı videoçarx təqdim edilib. İtaliyadakı səfirimiz Məmməd Əhmədzadə Xocalı soyqırımını Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün və Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyin kulminasiyası adlandırıb. Xocalıda törədilənlərin insanlıq əleyhinə cinayət olduğunu bildirən diplomat cəzasızlığın yeni cinayətlərə yol açdığını, bu səbəbdən beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda baş verənlərə lazımi siyasi-hüquqi qiymət verilməsinin vacibliyini bildirib. Sonra “10 hekayə, bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa təqdim olub. Beynəlxalq səviyyədə tanınmış violonçelist Pierluici Ruccieronun bədii tərtibatı əsasında hazırlanan tamaşa “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr və İtaliyanın müxtəlif orkestrlərinin direktoru olmuş, pianoçu Culiano Di Cüzeppenin məhz bu səhnə əsəri üçün bəstələdiyi musiqi parçaları əsasında qurulub. Hekayələri “Teatro Stabile di Innovazione di L’Aquila”nın aktyorları Alessia Çentofanti və Raffaello Mastrorilli səsləndirib, musiqi parçalarını isə Pierluici Rucciero, Culiano Di Cüzeppe, skripkaçı Zoltan Banfalvi, gitaraçı Luka Trabukkinin ifa ediblər. Tamaşanın səhnə tərtibatı üçün aidiyyəti kitabdakı rəsmlər, “Xocalı uşaqların gözü ilə” mövzusunda yeniyetmə rəssamların çəkdiyi şəkillər, dünyada Xocalı soyqırımı abidələri, soyqırımının beynəlxalq səviyyədə tanınmasını əks etdirən kadrlar, habelə Xocalı soyqırımı ilə bağlı ölkəmizdə təşkil olunan rəsmi tədbirlərin fotolarından istifadə edilib. Sonra İtaliya parlamentində Azərbaycanla dostluq qrupunun sədri, senator Sercio Divina çıxış edərək ermənipərəst çevrələrin Xocalı soyqırımı barədə həqiqətlərin yayılmasına mane olduqlarını, bu kimi tədbirlərin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasındakı əhəmiyyətini vurğulayıb. Xocalı qətliamının Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsi olduğunu söyləyən senator BMT və digər beynəlxalq təşkilatlar tərəfindən münaqişə barədə qəbul edilmiş sənədlərin uzun illər keçsə də, yerinə yetirilməməsinin qəbuledilməzliyini bildirib. Natiq ölkəmizin hər sahədə, o cümlədən hərbi sahədə Ermənistandan qat-qat güclü olduğuna toxunaraq Azərbaycanın öz torpaqlarını qısa müddət ərzində işğaldan azad etmək iqtidarında olmasına baxmayaraq, münaqişənin sülh yolu ilə nizamlanmasına üstünlük verdiyini söyləyib. İtaliyalı senator bütün dünya ictimaiyyətinin münaqişənin həlli üçün Ermənistana ciddi təzyiq göstərməsinin vacibliyini bildirib. İtaliya İnsan Haqları Liqasının sədri Antonio Stango mövzuya beynəlxalq hüquq nöqteyi-nəzərdən yanaşıb. O, Xocalı soyqırımı mövzusu ilə bir müddətdir məşğul olduğunu, bu mövzuda ötən illərdə bir sıra tədbirlər təşkil etdiyini, məsələyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin vacibliyini söyləyib. Münaqişə haqqında danışan A.Stango Azərbaycanın Dağlıq Qarabağ regionu ilə yanaşı, digər 7 ətraf rayonun da Ermənistan tərəfindən işğal edildiyini, işğala son qoymaq üçün beynəlxalq ictimaiyyətin qəti mövqeyinin əhəmiyyətini vurğulayıb. O, İtaliyanın artıq bu ildən ATƏT sədrliyinin “troykasına” daxil olduğunu, gələn il isə ATƏT-ə sədrlik edəcəyini və bunun münaqişənin nizamlanmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Türkiyə iqtisadiyyatının güclü olması Almaniya üçün önəmlidir
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
05.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info