Xocalı faciəsindən bəhs edən kitab, film və elektron məlumat bazasının təqdimatı olub
Tarix: 21.02.2017 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Milli Kitabxanada Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan “Soyqırımı muzeyi” kitabının, Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanan “Əsrin faciəsi” filminin və kitabxana tərəfindən hazırlanmış “Xocalı soyqırımı” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Xocalı faciəsinin ermənilərin xalqımıza qarşı həyata keçirdiyi məkrli siyasətin davamı olduğunu söyləyib. Bildirib ki, bu qanlı hadisədə 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə qətlə yetirilib. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev tərəfindən Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib, bu faciənin ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı olduğu bütün dünyaya bəyan edilib. Kərim Tahirov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində bu soyqırımın dünyaya çatdırıldığını söyləyib. Direktor filmin ingilis dilində titrlərlə hazırlandığını, elektron bazanın isə 3 dildə yayıldığını diqqətə çatdırıb. Sonra “Əsrin faciəsi” filmi nümayiş olub. Nümayişdən sonra çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” sərəncamına uyğun olaraq ölkəmizin hər yerində faciə qurbanlarının xatirəsinin anıldığını söyləyib. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində işlər görüldüyünü, kitablar çap edildiyini, filmlər çəkildiyini bildirən nazir müavini bunların təqdirəlayiq hadisə olduğunu deyib. Təqdim edilən kitabın əhəmiyyəti barədə məlumat verən V.Əliyev bildirib ki, kitabda istintaq materiallarına daha çox yer verilib. Hərbi prokurorun müavini, ədliyyə general-mayoru Rasim Kazımov ötən iki əsrin Azərbaycan torpaqlarının işğalı, xalqımıza qarşı törədilmiş soyqırımlarla müşahidə oldunduğunu, soydaşlarımızın ata-baba torpaqlarından didərgin salındığını söyləyib. Rasim Kazımov Hərbi Prokurorluğun “Soyqırımı muzeyi” barədə məlumat verib. Tarix, deportasiyalar-repressiyalar, soyqırımlar və terror bölmələrindən ibarət muzeyi ötən il 4228 nəfərin ziyarət etdiyini bildirib. Diqqətə çatdırıb ki, təqdimatı keçirilən kitab muzeyin materialları əsasında hazırlanıb. Tarix İnstitutunun direktoru, Milli Məclisinin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, xalqımıza qarşı törədilmiş soyqırımı və faciələr haqqında tədqiqat işləri aparılmalı və cinayətkarlar cəzalandırılmalıdır. Qeyd edib ki, insan haqları, demokratiyanın tüğyan etdiyi bir dövrdə bir şəhərin əhalisinin məhv edilməsi XX əsrin ən böyük faciəsidir. Digər çıxış edənlər xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalar barədə həqiqətləri bütün dünyaya çatdırmağın, gələcək nəsillərə əyani surətdə göstərməyin və ictimaiyyət arasında onların təbliğinin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Sonra Milli Kitabxana tərəfindən hazırlanan “Xocalı soyqırımı” adlı elektron məlumat bazası təqdim edilib. Tədbir iştirakçıları, həmçinin “Xocalı soyqırımı - 25” adlı kitab sərgisi ilə tanış olublar.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
04.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır
01.03.2018
Belçika telekanalında Xocalı soyqırımına aid sənədli film nümayiş etdirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9458

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info