“Erməni işğalı nəticəsində dəymiş ziyan milyard yox, trilyon dollarla ölçülür”
Tarix: 22.02.2017 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


"Xocalı soyqırımına görə başlanılmış cinayət işi əvvəllər dağınıq halda istintaq olunub, bəzi maddi sübutlar yoxa çıxıb". Bunu Azərbaycanın hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib. O bildirib ki, əvvəllər istintaq düzgün istiqamətində aparılmayıb:
"2005-ci ildən bu iş bizim icraatımızdadır. Bu məqsədlə xüsusi istintaq şöbəsi yaradılıb. İstintaq zamanı çox dəhşətli işgəncə faktları ortaya çıxıb”. Hərbi prokurorun sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonları işğalı nəticəsində Azərbaycana dəymiş maddi ziyanla bağlı beynəlxalq ekspertlərin iştirakı ilə böyük qiymətləndirmə işləri aparılır: “Erməni işğalı nəticəsində Azərbaycana dəymiş ziyan artıq milyard yox, trilyon dollarla ölçülür”. X. Vəliyev qeyd edib ki, ermənilər Qazaxın Bağanıs-Ayrım kəndində iki dəfə soyqırımı törədiblər: “Mən Qazaxda işləmişəm. Qazax camaatı ermənilərin qarşısında çox dəyanətlə dayanıb. Ermənilərin bizə qarşı törətdikləri qırğınlar 1988-ci ilin sonlarından deyil, XX əsrin əvvəllərindən başlayıb. XX əsrin əvvəlində xalqımıza qarşı törədilən soyqırımı cinayətlərinin miqyası daha böyük olub. Çox təəssüf ki, bizim yaddaşımız çox zəifdir. Millət artıq bu gün torpaq vermək fikrində deyil. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, Gəncə şəhər prokurorluğunda işləyəndə ermənilər haqda bütün cinayət işlərini ancaq mən aparırdım”.

“Dağlıq Qarabağda “referendum” keçirilməsi qanunsuzdur”
Xanlar Vəliyev bildirib ki, ermənilərin Dağlıq Qarabağda “referendum” keçirməsi qanunsuzdur. X. Vəliyev qeyd edib ki, BMT başda olmaqla, digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb: “Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını heç kim inkar edə bilməz. Dağlıq Qarabağı nəinki dünya dövlətləri, heç Ermənistanın özü belə tanımayıb. Dağlıq Qarabağda Azərbaycan qanunvericiliyinə zidd olaraq, seçki, referendum keçirilməsi qanunsuzdur”.
Hərbi Prokurorluq:

Xocalı soyqırımında 366-cı alayın 18 zabit və gizirinin iştirakı tam sübuta yetirilib

“Erməni işğalı nəticəsində Xocalıya 523 milyon ABŞ dolları məbləğində ziyan dəyib”. Bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ülvi Əhmədov deyib. O bildirib ki, 39 nəfərin Xocalın soyqırımında iştirakı tam sübuta yetirilib: “39 nəfərdən 18-i o vaxt Xankəndində yerləşən 366-cı motoatıcı alayın zabit və gizirləridir”. Ü. Əhmədov qeyd edib ki, Xocalı soyqırımı ilə bağlı başlanmış cinayəti işi çərçivəsində 7500-dən artıq istintaq hərəkəti aparılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Türkiyə iqtisadiyyatının güclü olması Almaniya üçün önəmlidir
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
04.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9918

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 “Jeopoliturk.com”: “Azərbaycanın sabitlik, rifah və müstəqilliyi Türkiyə və Qərbi Asiyada sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyətlidir”
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info