Pirallahıda Xocalı faciəsi ilə bağlı tamaşa göstərilib
Tarix: 27.02.2017 | Saat: 12:18:00 | E-mail | Çapa göndər


Pirallahı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı Mədəniyyət Sarayında Xocalı faciəsinin 25-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdən sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Xocalı faciəsinə həsr olunmuş S.Elsevərin "Arzu və Murad" tamaşasını nümayiş etdirib.
Tamaşadan öncə çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İdarə Heyətinin sədri - icmanın rəhbəri Bayram Səfərov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qeyd ediblər ki, "1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları 366-cı rus moto-atıcı hərbi birləşmələrinin köməyi ilə yer üzündən silinmiş Xocalının işğalı bəşər tarixinin qanlı cinayətlərindəndir. Heç şübhəsiz ki, tezliklə ədalət zəfər çalacaq, Azərbaycanın işğal olunmuş bütün şəhərləri qaytarılacaqdır. O gün çox da uzaqda deyil."
Xocalının işğalı zamanı əsir düşmüş gənc qızın faciəvi taleyindən, qaçqınlıq şəraitində yaşayan soydaşlarımızın saf hisslərindən, psixoloji və mənəvi durumundan bəhs edən tamaşada Əməkdar Artist İlham Əsədov, aktyorlar Küşvər Şərifova, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Kərəm Hadızadə, Anar Seyfullayev və Elşən Şıxəliyev iştirak etmişlər. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, rəssamı Elşən Sərxanoğludu.
Nümayiş olunan tamaşa salondakıların göz yaşları və sürəkli alqışları ilə qarşılandı.
Fuad




 
Bölməyə aid digər xəbərlər
13.08.2018
Emil Qədirov “Novaya volna-2018” müsabiqəsinin final mərhələsində
09.08.2018
Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti keçiriləcək
08.08.2018
“Kitabi-türki” yenidən nəşr olunub
08.08.2018
Alban kilsəsində arxeoloji tədqiqatlar aparılır
08.08.2018
“Aşıq Şəmşir” Mədəniyyət Ocağının layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9872

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 Türkiyə mediası V Zirvə toplantısından yazır
4 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
5 Aktau Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info