Dünyada internetdən istifadə edən uşaqların sayı artır
Tarix: 28.02.2017 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Şəfa Qurbanova |

İfadə azadlığı bütünlükdə hüquq və demokratiyanın əsasıdır. Burda informasiya almaq və ötürmək azadlığından söhbət gedir. Bu həm böyüklərə, həm də uşaqlara aiddir. İnternet istifadəçiləri kitabxana , məlumat bazaları,veb- saytlar, eləcə də dünyanın hər hansı yerindəki insanlarla məlumat mübadiləsi imkanı,o cümlədən də resursların bir çoxunu tədqiq etmək imkanı verir.
Təhsil sisteminin ümidverici işıqlı inkişafı, məktəblərdə tədrisin bu variantının işlənməsi nəticəsində baş tutacaq. Bu məqsədlə veb- səhifələrin siyahısı uzadılacaq, resurslar zənginləşəcək. Bu inkişafı artıq tələbələrin yaradıcı və məlumatlı yetişməsində hiss etmək olur.Bu məsələdə - internetin tədrisə daxil edilməsində müvafiq təlimlər yerinə yetirilməlidir.
Məktəb xaricində, ailənin radio, televiziya və digər media vasitələrindən istifadə potensialı onları artıq necə problemlərlə qarşılaşacaqları barədə qismən məlumatlı olmağa vadar edib. Bu vəziyyətdə böyüklər artıq bu məsələyə nəzarəti də öyrənir.
Real danışsaq, internet fəaliyyətinin də bəzi problemləri ortaya çıxacaq. Məktəb və ya hər hansı təhsil müəssisəsində internet professional müəllim nəzarətində istifadə olunmalıdır. İnkişaf etmiş ölkələrdə, məsələn Fransada internetə giriş zamanı məktəb və universitetlərdə aşağıdakı xidmətlərin istifadəsinə qadağa qoyulur:
• Şəxsi məlumat, yükləm və ya ödəmə nəzərdə tutan səhifələr, Pornoqrafiya və cinsəlliklə bağlı yayımlar;
• Şəxsin özü haqqında cinsəllik, təhdid və təhqiramiz ifadədən istifadəsi;
• Ərazi, əyalət, rayon, şəhər qaydalarını pozan hər hansı ifadənin istifadəsi;
• Mülkiyyət və digər mövzuda məlumatlara zərər verəcək ifadədən istifadə;
• Icazəsiz başqasının məlumatını yaymaq;
• Icazəsiz müəllif və əqli hüquq qaydalarını pozan qadağalar.
Qoyulan qaydaların pozulması, internet istifadəsinə qadağa qoyulmasıyla nəticələnə bilir. Bu həmçinin təhsil müəssisəsinin qaydalarının pozulması hesab edilir. Belə qanunlara Fransa təhsil sistemində ciddi əməl edilir.. Bu qanunların pozuntusu zamanı polis müdaxiləsi belə, lazım gələ bilər.
Xarici ölkələrdə valdeynlər üçün isə aşağıdakı məlumatlar verilir:
Müəssisə (təşkilat, universitet, məktəb, məktəbəqədər müəssisə) sizin övladınız üçün internet təklif edir. Internet kompüter və başqa texnoloji vasitələrlə qlobal şəbəkə ilə əlaqə saxlanması üçün önəmlidir. Bu xidmət sayəsində övladınızın informasiya cəmiyyətilə əlaqə qurması çox önəmlidir. Internet həyatı boyunca insana faydalı olacaq bacarıqların daşıyıcısıdır.
Bilmək vacibdir ki, internet nüfuzlu şəxsləri əlçatan edir,onlara qarşı dini, düşüncə, hüquqi bərabərliyi zədələyən fikir, münasibət ola bilər. Internetin bütün bu problemlərindən təhsil müəssisəsi qoruna bilmir. Siz onları qorumaq üçün müəyyən qoruma proqramları ala bilərsiniz.
Yaxşı cəhət budur ki, xüsusi müəssisələr internet üzərindən təlim və təhsili əhatə edən səhifə xidmətləri təklif edir. Həmin qurumlar müvafiq qoruma və tənzimləmə proqramlarından istifadə edir.
Valideynlər də müəyyən internet resurslardan istifadə qaydalarına nəzarət etmək məsuliyyətini daşımalıdır. Bu məqsədlə də, internet sahəsində təhsil siyasəti və tədbirlər bir sıra mərhələdən keçməlidir.
18 yaşına çatmamış şəxslər arasında, 25 ölkədə aparılmış araşdırmaya görə, internet uşaq və gənclərin əsas fəaliyyət növüdür. Avropa Kommisiyasının “Təhlükəsiz İnternet proqramı“ nın nəticəsinə görə onların 92%-i fənn araşdırması edir, 75% video, 71% sosial şəbəkələr, 83% onlayn oyun oynamaqla məşğul olur. Avropada 9-10 yaşında uşaqların 28%, 11-12 yaşında olanların 59%-nin sosial şəbəkələrdə hesabı var. Bu halda, biz də uşaq və gənclərimizə məlumatları , yalnız faydalı mənbələri seçməyi, internetin potensial elmi gücündən istifadə etməyi öyrətməliyik.







 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info