Turizmin reklam mənbəyi elə turistlərin özüdür
Tarix: 01.03.2017 | Saat: 14:26:00 | E-mail | Çapa göndər


Aytən |

Azərbaycan son zamanlar turizm sahəsində inkişaf edən ölkələr arasında yer alır. Ölkəmizin coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi, 2011-ci ilin turizm ili elan olunması, turizmdə yeni layihələrin həyata keçirilməsi bu sektorun iqtisadiyyatda payının artmasına səbəb olub.. Bir çox rayon və bölgələrimizdə Prezident İlham Əliyevin göstərişi ilə abadlıq və yenidənqurma işləri aparılır, yeni-yeni obyektlər tikilir, ictimai-siyasi cəhətdən yeni iş yerləri açılır, müxtəlif istirahət guşələri tikilib istifadəyə verilir. Bununla da, Azərbaycan gündən-günə inkişaf edir, dünyada inkişaf etməkdə olan ölkələr arasında ön yerlərdən birini tutur. Bu inkişafla əlaqədar olaraq Azərbaycan ölkəmizin hüdudlarından kənarda olan insanları özünə cəlb edir, bu isə turizmin inkişafına olduqca yüksək təsir edir. Turistlər üçün əlverişli otellərin yaradılması, onların sayının artırılması, turizm bazarının rəqabət imkanlarını daha da artırır. Bir çox regionlarımızda meşə zolaqlarının çoxluğu, dağ landşaftı istirahət zonalarının yaradılması üçün olduqca əlverişlidir. Azərbaycan çox nadir təbii, mədəni, milli, etnoqrafik obyektlər kompleksinə malikdir. Turizmdə Azərbaycanın rəqabət imkanları daha genişdir. Əlverişli coğrafi mövqeyi, 11 iqlim növündən 9-nun ölkəmizdə olması, xüsusuilə Xəzər dənizi sahilində yerləşməsi, mədəni irsi, ləziz mətbəxi, yüksək səviyyəli qonaqpərvərliyi ölkəmiz üçün turizmin inkişafına böyük yollar açır.
Turizm obyektlərinin açılması təkcə turizmin inkişafı, Azərbaycanın xaricdə tanınması üçün deyil, həm də əhalinin sosial rifahının yaxşılaşması baxımından ölkəmiz üçün prioritet məsələlərdən biridir. Yeni-yeni turizm obyektlərinin, yeni iş yerlərinin açılması, müasir infrastrukturla təmin olunmuş komplekslərin yaradılması, əhali üçün daha müasir şərtlərə uyğun işləməyə, geniş dünyagörüşünə sahib olmağa imkan yaradır. Bu zaman əhali iqtisadiyyatın, turizmin inkişafından böyük xeyir görür və bundan bəhrələnir.Əlavə edək ki, artıq ali təhsil ocaqlarımızda turizm sahəsi üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır.
Azərbaycanın Xəzər dənizinin sahilində yerləşməsi yay turizmini daha da genişləndirib. Son illər Xəzərin sahilində yaradılmış istirahət guşələri, beynəlxalq standartlara cavab verən otellər, kotteclər yaradılıb ki, yerli əhali və əcnəbi insanlar bu istirahət guşələrindən rahatlıqla yararlana bilirlər. Xidmətin yüksək dərəcədə olması, personalın müasir tələblərlə işləməsi insanların bu istirahət mərkəzlərinə yay aylarında sürətli axınına səbəb olur.
Son zamanlar ölkəmizin beynəlxalq tədbirlərə, müxtəlif festivallara, idman sahəsində olan yarışlara ev sahibliyi etməsi Azərbaycanı turistlər üçün cəlbedici məkana çevirib. Hazırda Azərbaycanda turizm üçün əlverişli olan rayon və şəhərlərimiz arasında daha çox Bakı, Quba, Xaçmaz, Qusar, Qax, Qəbələ, İsmayıllı, Şəki, Gəncə, Şamaxı və Naxçıvan yer alır. Göstəricilərə nəzər salsaq təbii ki, daha çox turistlərin yer aldığı, paytaxtımız Bakıdır. Artıq Bakı dünyanın ən gözəl şəhərləri siyahısına daxil olub.
Bir neçə il öncə vətəndaşlarımız qış mövsümündə turizm üçün xarici ölkələrə üz tuturdular. Lakin bir müddət keçdikdən sonra ölkə başçımızın turizmin inkişaf etdirilməsiylə bağlı qərarları qış turizminin inkişafına böyük təkan verdi. Qusarda Şahdağ qış-yay komleksi, Qəbələdə Tufan dağ xizək mərkəzi qış-yay turizminə olduqca müsbət təsir etdi. Mədəniyyət və Turizm Nazirliyinin başçılığı ilə bu komplekslər ölkəmizdə və onun hüdudlarından kənarda tanınmağa və tez bir zamanda Azərbaycan turizmi üçün böyük uğurlara səbəb oldu. Son illərin göstəricilərinə nəzər salsaq, minlərlə yerli və əcnəbi insan qış aylarında qış komplekslərinə axın edirlər.
Turistlər üçün təbii olaraq birinci amil onların rahat və əlverişli otellərdə yerləşməsidir. Bu gün Bakı şəhərində və turizm üçün daha çox əlverişli olan regionlarımızda otel, mehamanxana infrastrukturu yenidən inkişaf etdirilir, ildən- ilə beynəlxalq standartlara, xüsusi normalara uyğun yeni məkanlar açılır. Turizm cəhətdən daha çox əlverişli olan regionlarımızda tez-tez xarici vətəndaşlarla qarşılaşırıq. Onların az da olsa Azərbaycan dilində danışmaq qabiliyyətləri olur və yaxud tərcüməçi onlara kömək edir. Hətta bir çox istirahət məkanlarımıza diqqət yetirdikdə görürük ki, həmin məkanın müxtəlif dilləri bilən tərcüməçiləri turistlərin işini asanlaşdırmaq üçün fəaliyyət göstərirlər. Təbii olaraq bu, həmin məkanda olan qonaqlar üçün çox xoş bir haldır və həm də, xidmətin nə dərəcədə yüksək olduğunu göstərir. Tarixi məkanlarımızı ziyarət etmək, milli mətbəximizin dadına baxmaq, xüsusən də, çox üstün xidməti olan yerlərdə istirahət etmək turistlərin səfərlərini daha maraqlı edir və həmişə üzlərində təbəssüm yaranır. Beləliklə də, turizm üçün ən böyük reklam mənbəyi məhz elə turistlərin özüdür. Onlar öz ölkələrinə qayıdarkən tarixi məkanlarımızdan, təbii sərvətlərimizdən, onlara olunan xüsusi qayğı və diqqətdən, gözəl və xoşməramlı xidmətdən şübhəsiz ki, söz açırlar. Bu isə olduqca yaxşı bir göstəricidir və nəticədə ölkəmizə turist axınını çoxaldacaq. Ümid edirik ki, ildən-ilə yenilənib çiçəklənən Azərbaycan qısa müddət ərzində turizm sahəsində dünyanın sayılıb-seçilən ölkələri sırasında ön yerləri tutacaq.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9433

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Putin Paşinyanı alçaldıb
3 Futbol üzrə Dünya Çempionatı başladı
4 Regional geosiyasi vəziyyət müzakirə edilib
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info