Əli Həsənov: “Mehman Hüseynov konkret cinayət əməlinə görə məhkum olunub“
Tarix: 06.03.2017 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər Mehman Hüseynovun həbsi ilə əlaqədar bəzi daxili və xarici qruplar, təşkilatlar tərəfindən Azərbaycan hakimiyyətinə ünvanlanmış çağırışlara münasibət bildirib.
O, APA-ya açıqlamasında qeyd edib ki, vətəndaş Mehman Hüseynov konkret ittiham əsasında həbs edilib və məhkəmə araşdırması zamanı onun əməlində cinayət tərkibi olduğu tam təsdiqini tapıb. M.Hüseynov məhkəmənin qərarına əsasən iki il müddətinə azadlıqdan məhrum edilib.
Əli Həsənovun sözlərinə görə, bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da vətəndaşlar, təşkilatlar və s. məhkəmələr vasitəsilə öz hüquqlarını müdafiə edirlər: “Məhkəmələr də yalnız qanunvericiliyin tələblərini rəhbər tutur və qanuna uyğun qərarlar çıxarırlar. Eyni zamanda, Azərbaycanın məhkəmə sistemi hüquqlarının pozulduğunu iddia edən hər bir şəxsə yuxarı məhkəmə instansiyasında hüququnu bərpa etmək imkanını təmin edir. Buna görə də Mehman Hüseynovun həbsini onun peşə fəaliyyəti ilə əlaqələndirmək və siyasiləşdirmək, məhkəmənin Azərbaycan qanunvericiliyinə uyğun çıxardığı qərarı şübhə altına almaq cəhdləri yolverilməzdir. 
Hesab edirəm ki, bu məsələ bəlli daxili və xarici siyasi qruplar, onların təsiri altında olan təşkilatlar tərəfindən süni şəkildə siyasiləşdirilir. Xatırlatmaq istərdim ki, hüquqi dövlət olan Azərbaycanda  məhkəmələr müstəqildir və siyasi kampaniyalarla, siyasi təzyiq vasitəsilə onların qərarlarına təsir göstərmək mümkün deyil”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20.10.2019
Avstraliyalı deputat Azərbaycan icmasının məktubuna cavab verib
19.10.2019
Kuba prezidenti Azərbaycana səfər edəcək
19.10.2019
Fransa məhkəməsinin separatçılarla imzalanmış “sazişi” ləğv etməsini alqışlayırıq
19.10.2019
Zatulinin Bakı-Moskva münasibətlərinə ziyan vurmaq cəhdi uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info