Bakı 8 Martda istirahət üçün turizm şəhərlərinin ilk beşliyindədir
Tarix: 06.03.2017 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


“RoomGuru.ru” otel axtarışı servisi 8 Martda rusiyalı turistlərin səyahət və istirahət edəcəyi ən populyar şəhərləri müəyyənləşdirib. Reytinq cari ildə martın 7-dən 9-dək ikilikdə qalmaq üçün otel və apartament bronları üzrə hazırlanıb.
Bakı 8 Martda rusiyalı turistlərin səyahəti və istirahəti baxımından beşinci yeri tutub. “RoomGuru.ru” servisinin məlumatına görə, Bakıda mehmanxanada qalmaq rusiyalı turistlərə orta hesabla sutkada 2,9 min rubla başa gələcək. Minskdə isə bu məbləğ 3 min rubl edir.
“TurStat” agentliyinin məlumatına görə, 2017-ci ildə rusiyalıların bayram günlərində səfərləri ötən illə müqayisədə 10 faiz çoxalıb. Rusiyada isə Moskva, Sankt-Peterburq, Kazan, Soçi və Nijni Novqorod şəhərləri turistlərin istirahət etdiyi şəhərlərin ilk beşliyinə daxil edilib.
https://www.roomguru.ru “HotelsCombined.com” servisinin Rusiya saytıdır. “World Travel Awards” beynəlxalq münsiflər heyətinin məlumatına görə, “HotelsCombined.com” son dörd ildə dünyada otel axtarışı üzrə ən yaxşı sistem hesab olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
18.10.2019
Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info