ABŞ-da kütləvi qarşıdurmalar olub
Tarix: 06.03.2017 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


ABŞ-da şiddətli iğtişaşlar meydana çıxıb. Amerika mətbuatı xəbər verir ki, dünən ölkənin vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri Donald Trampa qarşı etiraz aksiyası keçiriblər. Və Trampın tərəfdarları buna qarşılıq olaraq, bu gün ABŞ-ın 30 ştatında yürüş keçiriblər.
"Tramp üçün" adlı aksiya, Vaşinqton, Nyu-York, Miçiqan və Florida kimi böyük ştatlarda nisbətən dinc şəkildə keçirilsə də, bəzi bölgələrdə güclü qarşıdurma meydana çıxıb. Məsələn, Kaliforniya ştatının Berkley şəhərində Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma yaşanıb.
Əlbəyaxa davaya çıxan qruplar bir-birilərinə qarşı molotov kokteyli və bibər qazından da istifadə ediblər. Polis uzun müddət qarşıdurmanı kənardan müşahidə etsə də, sonunda prosesə müdaxilə edib. Xeyli sayda insanın xəsarət aldığı qarşıdurma zamanı 15 nəfər saxlanılıb.
Minnesota ştatında da ciddi qarşıdurma baş verib. 300 nəfərə yaxın Tramp tərəfdarı ilə 50 nəfərlik əleyhdar arasında şiddətli toqquşma yaşanıb. Xəsarət alanlar xəstəxanalara, 6 nəfər isə polis nəzarətinə götürülüb.
Bundan əlavə, Vaşinqtondakı aksiyada yaşanan narahatlıq səbəbindən 4, Tennesi şəhərindəki qarşıdurma ilə bağlı 2 nəfər həbs edilib. Bununla da sakitləşməyən Tramp tərəfdarları, Nyu-Yorkdakı "Tramp Tover"ın qarşısına toplaşaraq, prezidentə dəstək nümayiş etdiriblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb
20.10.2019
Pentaqon rəhbəri “Taliban“ ilə görüşmək üçün Əfqanıstana gəlir
20.10.2019
Donald Tramp: “Hillari Klinton ağlını itirib”
20.10.2019
Ya rədd olub gedəcəklər, ya da...
20.10.2019
Makron Suriya mövzusu ilә bağlı Әrdoğanla görüşәcәk

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info