Sargis Movsisyan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Tarix: 06.03.2017 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Ermənistandan olan ictimai fəal Sargis Movsisyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll olunmasının vacibliyi barədə bəyanat verərək Ermənistan Azərbaycan Sülh Platformasına qoşulub.
 
Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda bildirilir:
 
“Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha vurğulayıram. Bu münaqişə məhz beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələr yerinə yetirilməlidir. ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayıram. Yaxın keçmişdə erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, çox dərin təəssüf hissi ilə qeyd edirəm ki, erməni və Azərbaycan xalqlarının hazırda bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Xalqların sülh şəkildə birgə yaşayışını və 25 ildən çox davam edən münaqişənin həllini dəstəklədiyimi və əsas məqsədi Cənubi Qafqaz regionunda sülh və əminamanlıq qurmaq və onu saxlamaq olan Ermənistan Azərbaycan Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Buna görə də, Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm!".

Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb
19.10.2019
Vilayət Eyvazovdan növbəti təyinat
19.10.2019
Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info